Son dəqiqə
19-09-2020, 13:14
799

FHN-in sürücüsünü döyən şəxs həbs edildi

FHN-in sürücüsünü döyən şəxs həbs edildi


Bu il iyulun 12-də Masallı rayonu ərazisində xidməti vəzifələrini icra edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü Famil Seyfullayevə qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə rayon sakini Vaqif İsmayılovun karantin rejimi qaydalarına əməl etməyərək maskasız rayon ərazisində hərəkət etməsinə öz iradını bildirən Masallı rayonunda mövcud karantin rejiminin tələblərinə nəzarət edilməsi məqsədilə xidmətdə olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü vəzifəsində işləyən Famil Seyfullayevə zor tətbiq etməklə müqavimət göstərib, yumruqla sonuncunun üz nahiyəsinə bir neçə zərbə vurmasına əsaslı şübhələr müəyyən edilib.

Vaqif İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.

XeberTv.info

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!