Son dəqiqə
Dünya
23-09-2020, 15:23
766
Saxta "İsa peyğəmbər" xüsusi əməliyyatla saxlanıldı
Özünü İsa peyğəmbərin reinkarnasiyası kimi qələmə verən Sergey Torp adlı təriqət lideri Sibirdə xüsusi təyinatlılar tərəfindən ələ keçirilib.
XeberTv.info xarici mediaya istinadən məlumat verir ki, xüsusi təyinatlılar əməliyyatı 4 helikopter və ağır silahlarla təşkil edib.
Bildirək ki, əməliyyat zamanı təriqət liderinin iki yaxın köməkçisi də saxlanılıb.
Rusiya rəsmiləri müridləri arasında Vissarion adıyla tanınan 59 yaşlı Torop haqqında qanunsuz dini təşkilat quruduğuna görə cinayət işi açılacağını vurğulayıb.