Son dəqiqə
İdman
25-09-2020, 07:49
963
Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu
![Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu](https://www.azernews.az/media/2020/09/18/119797190_2829799707243117_1388654652335793819_o.jpg)
“Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Bu, Polşa “Legiya”sıdır. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovo "Drita"sını üstələyib - 2:0.
“Legiya” (Polşa) - “Drita” (Kosovo) - 2:0
Qollar: Pavel Vşolek 24, Tomaş Pekhart, 43
Qeyd edək ki, Ağdam klubu “Legiya” ilə səfərdə qarşılaşacaq. Oyun oktyabrın 1-də keçiriləcək.
XeberTv.info