Son dəqiqə
Kriminal
26-09-2020, 10:34
745
Göygöldə ər-arvad bıçaqlandı

Göygöl rayonunda evə girən oğrular ər və arvadı bıçaqlayıb.
Hadisə Qızılqaya qəsəbəsindəki evlərdən birində qeydə alınıb.
Belə ki, mənzilə girən oğrular ev sahibi - 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva İradə Faiq qızına bir neçə bıçaq xəsarəti yetiriblər.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, evə girən oğrular 2-3 nəfər olublar.
Faktla bağlı araşdırma aparılır.
XeberTv.info