Son dəqiqə
11-10-2020, 23:14
803

Rusiyalı analitik: “Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir”

Rusiyalı analitik: “Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir”


“Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması əvvəl əldə edilmiş razılaşmaları düyünə salır. Ermənistan bundan əvvəl də razılaşmaları dəfələrlə pozub, lakin indi belə təsəvvür yaranır ki, o, belə hərəkətləri qəsdən edir, Azərbaycanın Gəncə şəhərinə zərbə endirir. Bu zərbə dinc əhali arasında insan tələfatına səbəb olub, Azərbaycan buna sakit münasibət bəsləyə bilməyəcək”.

Bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova söyləyib.

Onun fikrincə, Ermənistan, çox ehtimal ki, cavab reaksiyası gözləyir. O istəyir ki, Bakı da Ermənistan şəhərinə zərbə endirilməsi barədə komanda versin, axı bu halda Paşinyan müdafiə olunmaq üçün tam əsasla KTMT-yə müraciət edə bilər, çünki müharibə həm də Ermənistan ərazisinə aid olacaq:

“Belə aktı məqsədyönlü təxribat adlandırmaq olar. İndi çox şey rəsmi Bakının necə qərar qəbul edəcəyindən asılıdır. Vəziyyət isə mürəkkəbdir, ona görə ki, münaqişənin strateji inkişafı müəyyən ediləcək.

Digər tərəfdən, başqa bir versiyanı da nəzərdən keçirmək olar: erməni hərbi sərkərdələri Paşinyana tabe olmur və onlar Paşinyanı aradan götürmək üçün bu qərarı qəbul edirlər. Biz bilirik ki, həmin hərbçilər Respublikaçılar Partiyasının Qarabağ klanına aid olan üzvləridir və onlar hakimiyyəti özlərinə qaytarmaq istəyirlər.

Bundan ötrü Paşinyanı “ilişdirmək”, onun bu münaqişəni həll etməyə qabil olmadığını göstərmək lazımdır. Sonra isə onu devirmək asan olacaq”.

D.Qrevtsova vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı məsuliyyətə çağırmalı və münaqişənin diplomatik həllini pozduğuna görə ona təzyiq göstərməlidir:

“Dinc əhaliyə və mülki obyektlərə hücumlar ATƏT-in həmsədrlərinə, o cümlədən münaqişənin həlli üçün hər cür səy göstərən Rusiyaya açıq-aşkar hörmətsizlikdir”.

XeberTv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}