Son dəqiqə
31-10-2020, 11:14
1 631

Hikmət Hacıyev ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi

Hikmət Hacıyev ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi


"30 oktyabrda Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair video-kadr yayılıb".

Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır:

"Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlmişdir.

Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib.

Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilmişdir ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.

Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.

Bu şəxs AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmamışdır. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silmişdir.

Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.

Ermənistanın Müdafiə nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı".

XeberTv.info

Digər xəbərlər

Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
İşğaldan azad olunmuş torpaqlarımızın hansı müddətə minalardan təmizlənəcəyi açıqlandı
Sərt karantin günlərində itləri gəzdirmək olar? - AÇIQLAMA
Azərbaycan nefti bahalaşıb
Ata 15 yaşlı oğlunu dörd il zorladı - Ana həqiqəti biləndə şoka düşdü - FOTO
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Neftin qiyməti 80 dolları keçdi
Şəkinin icra başçısının topdağıtmaz sərvəti – SİYAHI
SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlandı
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Araratın baş məşqçisi: “Azərbaycan Ermənistanın yaşayış məntəqələrinə atəş açmır”
Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub
Azərbaycanlı aktyor vəfat etdi
İlham Əliyevin “CNN International” televiziya kanalına müsahibəsi - Tam Mətn
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
Tofiq Yaqublunun məhkəməsi sabaha təyin edilə bilər
FHN Xaçmazdakı yanğınla bağlı məlumat yayıb -
Ermənilər Şuşaya yalnız bundan sonra Şuşi deməyə başladılar – MÜSAHİBƏ
İsrail və Fələstin koronavirusla mübarizə üçün birləşdilər
Qiymətlər bahalaşır, inhisarçılar meydan sulayır... – Bəs, dövlət nə etməlidir?
"Dini etiqad azadlığı haqqında” qanun birinci oxunuşda qəbul edilib
Bayraktardan İLGİNC MÜJDƏ -
Atışma oldu: Briqada komandiri öldürüldü
Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Fövqəladə Hallar Nazirliyi 126 min manatlıq it yemi alır
İlham Əliyev: “Paşinyan hər gün dünya liderlərinə zəng edir, amma mən heç kimə zəng etməmişəm”
"Uşaqdan heç bir yaxma götürülmədən onun xəstə olduğunu bildirdilər..."
{sape_links}{sape_article}