Son dəqiqə
Kriminal
4-11-2020, 07:17
1 911
Cəlilabadda ağır avtomobil qəzası: Ölənlər var

Cəlilabad rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Günəşli kəndində qeydə alınıb.
Belə ki, Astara rayon sakini S.Novruzovun idarə etdiyi “Mercedes” markalı avtomobil qarşıda gedən Muğan kənd sakini Ə.Şəmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
Nəticədə Ə.Şəmmədovun sərnişinləri - həmkəndliləri Afiq Niftəliyev və Cəlal Qarayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XeberTv.info