Son dəqiqə
17-11-2020, 20:10
5 157

Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam

Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam


Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Sərəncamda deyilir ki, Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilib.

27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə yeksan edilib.

Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.

XeberTv.info

Digər xəbərlər

Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Azərbaycan nefti bahalaşdı
Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutur
Erməni deputat: “Moskvada imzalanan razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur”
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA
Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......
Qırğızıstanda qar uçqunu anbaan lentə alındı -
Xalq artistinin qardaşı intihara cəhd etdi
Vidadi Muradov vəfat etsə də məhkəməsi davam etdirilir
Bakıda mənzilində qumarxana açan şəxs saxlanılıb
Nəriman Nərimanovun 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
Namiq Zeynalovun oğlanları əmlakları geri istəyirlər
Məktəbəhazırlıq qruplarına qeydiyyatın iyun–iyul aylarında olacağı gözlənilir
Azərbaycanda son sutkada 2392 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Kəmalədin Heydərov general və polkovniki İŞDƏN ÇIXARTDI
Bu məktəblərdə də vaksin vurdurmaq mümkündür -
Komandolar təlim keçir —
İlham Əliyevdən qalibiyyət paylaşımı: "Madagiz bizimdir"
Gəncədə ŞOK OLAY: İş adamı vətəndaşı girov götürüb,sonra isə… - VİDEO
Yoluxanların bu günə olan statistikası
Fərid Mansurov: “Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı heç bir məlumat verilməyib”
HƏBIB ƏHMƏDOVUN ERASI, YOXSA ÖZBAŞINALIQLARI?
Müdafiə Nazirliyi ermənilərin növbəti yalanı ilə bağlı açıqlama yaydı
17 dərəcə şaxta, güclü külək - Hava XƏBƏRDARLIĞI
Hulusi Akardan yeni fəaliyyətə başlayan Birgə Mərkəzlə bağlı - AÇIQLAMA
Deputat: “Xocalı düşmənin nəzarətindədir, ora getməyimiz mümkün deyil”
Azərbaycanda son sutkada 2146 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
"Biz məyus olmamalı və ruhdan düşməməliyik" - Qulu Məhərrəmli
{sape_links}{sape_article}