Son dəqiqə
Siyasət / Manset
18-11-2020, 17:15
5 679
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib

Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan vəzifəsindən istefa verib.
XeberTv.info “Qraparak”a istinadla bildirir ki, bu barədə onun özü məlumat verib.
M.Akopyan yaxın zamanda keçirəcəyi mətbuat konfransında istefasının səbəbi ilə bağlı açıqlama verəcəyini deyib.
Qeyd edək ki, Movses Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilib. O, bu vəzifəyədək Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.