Son dəqiqə
Kriminal
22-11-2020, 11:25
4 550
Bakıda avtomobil evakuatorla toqquşdu
Bu gecə paytaxtda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Babayev Pərviz Əlisahib oğlu idarəetməni itirərək, avtomobilini evakuatora çırpıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
XeberTv.info