Son dəqiqə
İdman
29-11-2020, 17:36
4 955
Qurban Qurbanovun səhhətində problem yaranıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada yer almayıb.
Bildirilir ki, buna səbəb 48 yaşlı mütəxəssisin səhhətində problem yaranması olub.
Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.
Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.
XeberTv.info