Son dəqiqə
30-11-2020, 10:43
6 819

Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO

Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO


Ötən gün sosial şəbəkələrdə üzərində İkinci Qarabağ müharibəsində topçu kimi məşhurlaşmış Vüsal Şahkərimovun təsviri olan “Topçu” arağının fotosu yayılıb.

“Azgranata” MMC tərəfindən istehsal olunan bu içkiyə məhz döyüşçümüzün şəklinin vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məsələnin hüquqi tərəfləri, Müdafiə Nazirliyindən və həmin hərbi qulluqçunun özündən icazəsinin alınıb-alınmaması müzakirə mövzusudur.

XeberTv.info bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı “Azgranata” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli ilə əlaqə saxlayıb.

O bildirib ki, topçumuzun təsvirinin şirkət tərəfindən istehsal olunan içki şüşəsinə vurulmasında məqsəd ordumuzun gücünü, şücaətini göstərməkdir və hüquqi tərəfdən də heç bir qanun pozuntusuna yol verilməyib:

“Bizim İdarə Heyətinin sədri Şahin Mirzəyev hüquq üzrə fəlsəfə doktorudur, tanınmış vəkillərdən biridir. Burada qanun pozuntusuna imkan yaradacaq nüans olsaydı, sədrimiz özü ona icazə verməzdi. Marketinq şöbəmizin ona yaxın əməkdaşı var və onlar bu şəkil vurulmamışdan əvvəl bununla bağlı araşdırma aparıblar. Topçumuz Vüsal bəyin atasıyla əlaqə saxlanılıb. O, bu təklifimizi son dərəcə hörmətlə qarşılayıb və hətta sevinib ki, oğlunun şəkli bizim brendin üzərində olacaq. Əgər qanun pozuntusu hesab olunursa, ortaya çıxarılsın və biz cavab verməyə hazırıq”.

Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO


Müdafiə Nazirliyindən razılığa gəlincə isə, Ü. Günəşli qeyd edib ki, nazirlikdən razılıq almalı deyillər və şəkil sahibi və ya ailəsi ilə razılıq yetərlidir. O həmçinin əlavə edib ki, təmsil etdiyi şirkət indiyə qədər bir çox tanınmış simaların adına içki istehsal edib: “Şirkətimiz tərəfindən Rasim Balayevin adına araq buraxılıb, generalların adına olan konyaklarımız var. Tarixi şəxsiyyətlərimizin - “Dədə Qorqud”un adına, Xürrəmilər hərəkatı ilə bağlı içkilərimiz var. “Korifey” adı ilə şəxsi heyətin adına konyak istehsal etmişik. “Nizami”, “Füzuli” adına konyak və araqlar istehsal ediblər. Burada qanundankənar heç nə yoxdur. Bizim də gücümüz buna çatır, nəşriyyat evi, təhsil şöbəsi deyilik ki, kitab istehsal edək. Biz də bu sarıdan həmin şəxsləri tarixə salmaq istəyirik. Bu şəkli vurmaqla ordumuzun gücünü, şücaətini göstərmək istəyirik. Vüsalın şəkildə duruşu bizim ordumuzu simvolizə edir. Bu içki məhdud sayda - 10 min ədəd satışa çıxarılacaq və bir neçəsi də muzeyimizdə saxlanılacaq”.

Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO


XeberTv.info

Digər xəbərlər

General Mövlam Şixəliyev və dəstə üzvləri 14 milyon manat rüşvət almaqda təqsirləndirilir
Cəbrayılın Məzrə kəndindən görüntülər - VİDEO
"Həyat yoldaşımla aramızda bağlılıq var" - Həmidə Ömərova
Cənubi Azərbaycan təmsilçisi "Traktor" klubu İran kubokunu qazandı
Düşmən yeni itkilərini açıqladı
DYP-də hər şey köhnə qaydada gedir - Sadəcə qiymətlər bir az dəyişib...
Dünya bazarında neftin qiyməti
Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməli qoyulub -
Küveyt hökuməti istefaya getdi
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
Xarici işlər nazirinin ailə sərvəti -
Prezidentdən məcburi köçkünlərə şad xəbər
Türkiyənin oyununda fantastik qol -
Türkiyədə dəhşətli qum fırtınası meydana gəldi - VİDEO
İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu
Müstəqim Məmmədovdan şəhid ailəsinə hörmətsizlik -
Həftə sonu marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Azərbaycanlıların bəlası - Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!
Səhiyyə nazirinin müavini: “Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var”
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi
Kartof insanları belə ZƏHƏRLƏYİR - Mütəxəssisllərdən VACİB TÖVSİYƏLƏR
Baş redaktorlar 3-cü jurnalist binasından DANIŞDILAR: “Bizdə heç 200 keyfiyyətli evsiz jurnalist qalmayıb”
Laçında cüyür ovlayıb kef məclisi təşkil edən iki nəfər saxlanılıb - VİDEO
Azərbaycan nefti bahalaşdı
Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO
Putinə “güclü lider”, Trampa isə “lovğa” dedi
Ermənilər atəşkəs rejimini 54 dəfə pozdu
Beynəlxalq Bankla Azər-Türk Bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi
İlahə Fəda: “Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur” -
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
{sape_links}{sape_article}