Son dəqiqə
1-12-2020, 12:58
5 840

Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"

Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"


“Prezident seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim var idi. Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşğal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz müqəddəratı prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.

“Amma son illər mənim də, necə ki, Azərbaycan xalqının əksər hissəsinin bütün ümidləri artıq tükənmişdi. Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra daha baş qaldırmasın. Bu müharibə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın. Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar”, - prezident deyib.

XeberTv.info

Digər xəbərlər

Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəfat etdi
“Azərsu” abonentlərə müraciət edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
İlham Əliyev dövlət agentliyinə 3,1 milyon manat ayırdı
Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü
Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
Baş Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
Abid Şərifovun şirkəti borc içində batır –
İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirildi (RƏSMİ)
Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı
Prezident Qarabağın statusu məsələsinə nöqtə qoydu - VİDEO
Ermənilər yenidən Gəncəni atəşə tutur - RƏSMİ
10 ildir gedən "Bacanaqlar" bağlanır
Bu il Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyib?
Ermənistan millisindən biabırçı məğlubiyyət: Qapılarında 10 qol gördülər
Səsvermənin nəticələri açıqlanır – SON DƏQİQƏ
Azərbaycan 2016-cı ilin aprel müharibəsini niyə dayandırıb? - ƏTRAFLI
Çili sahillərində 6.2 ballıq zəlzələ
DİN rəsmisi: "Polis postlarının sayının azaldılması barədə məlumatlar əsassızdır"
Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb
Portuqaliyalı cüdoçu yerə düşən telefona görə Bakı turnirindən uzaqlaşdırıldı - VİDEO
Hərarəti olan şagird buraxılış imtahanına buraxılmayıb
Bir sıra sahələrdə yerində xidmət dayandırılır
“Şuşa da, Qarabağ da Azərbaycanındır” - Ermənidən etiraf + VİDEO
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - VİDEO
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar - SİYAHI
{sape_links}{sape_article}