Son dəqiqə
6-12-2020, 10:12
4 024

Musabəyovla Naira Zöhrabyanın hansı fərqi var?

Musabəyovla Naira Zöhrabyanın hansı fərqi var?


“Türkiyə hərbçilərinin gəlməsinin və azərbaycanlılarla ermənilərin arasında durmasının mənası yoxdur. Ermənilər üçün Türkiyənin hərbi iştirakı təhlükəsizlik hissini artırmır, əksinə...”

Bu fikirlərin altına məsələn, Ermənistan parlamentinin ən ləçər, şərçi qadın deputatlarından biri olan, hər imkan düşəndə Azərbaycanı və Türkiyəni “xortdan” obrazında göstərməyə çalışan Naira Zöhrabyanın imzasını qoysaq, hər kəs buna inanar. Çünki belə bir fikri yalnız erməni millət vəkili, yaxud uzağı Ermənistanın mənafelərinə xidmət edən Rusiya deputatı deyə bilər və deyir də.

Ancaq yox, bunu Azərbaycan Milli Məclisinin üzvü, kimlərinsə adını millət vəkili qoyduğu Rasim Musabəyov Rusiyanın NTV kanalına açıqlamasında deyib.

Faktiki olaraq, Türkiyənin bölgəyə gəlişi və sülhməramlı qismində çıxışına qarşı olan bu fikirlərin Azərbaycanın milli maraqlarına nə dərəcədə uyğun olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Ancaq bu politoloq, Elmar Məmmədyarovun tüksüz formasını xatırladan qafasıyla sanki başa düşmür ki, ermənilərin təhlükəsizliyini və maraqlarını təmin edənlər artıq noyabrın 10-dan Qarabağa gəliblər, Türkiyənin bölgədə hərbi varlığı isə ermənilərin yox, Azərbaycanın təhlükəsizliyinin təminatı üçündür. Guya başa düşmür bunu?

Əlbəttə ki, gözəl başa düşür. Sadəcə, tipi, növü, qafası, nəhayət, məramı bir zamanlar Azərbaycanı Prezident Aparatındakı məlum postdan idarə edənlər kimi azərbaycançılıqdan, türkçülükdən uzaqdır.

Belələrinin kimlərə, hansı qüvvələrə xidmət etdikləri elə də böyük sirr deyil. O və onun kimilər üçün bəlkə də “sülhməramlıların” Qarabğda yox, Bakıda yerləşdirilməsi ən ideal variant olardı. Hələ üstəlik erməniləri də yığıb buraya gətirərdilər...

Ümumiyyətlə, kimə, nəyə lazımdır axı belə “politoloqlar”? Rusiyanın buradakı danışan dili olmaq üçünmü? Bəlkə müharibənin gedişində gecə-gündüz Rusiya və digər xarici ölkələrin telekanallarında, internetdə, sosial şəbəkələrdə durmadan Azərbaycanın mövqeyini müdafiə edən, xarici media orqanlarına açıqlamalar verən görmüşük bunu? Xeyr!

Beləsi bu ağır günlərdə də bir şeyə yaramırsa, əksinə, sözün əsl mənasında yaramaz fikir və açıqlamalar verirsə, dövlətin, xalqın, elə hakimiyyətin özünün mövqeyinə, maraqlarına zərbə vurursa, bunun Azərbaycan bayrağının əks olunduğu deputat nişanı gəzdirməyə hansı mənəvi haqqı ola bilər?

Bu adam milliyətcə rus olan deputat Mixail Zabelin qədər də olmadı. İnanın ki, hətta o da Rusiyanın xoşuna gəlmək üçün belə ziyanlı mövqe ortaya qoymazdı. Əksinə, Zabelin ən azından bəzi açıqlama və addımlarıyla müharibə dövründə Musabəyov kimilərdən daha çox azərbaycanlı oldu!

Nəhayət, belələrini o parlamentə oturdanlar heç olmasa onlara başa salsınlar ki, millətin bu tarixi, həssas, kədərlə, şəhid qanı ilə yoğrulmuş gözü yaşlı sevincini yaşadığı günlərdə insanların əsəblərilə, xalqın heysiyyatıyla oynama, ağzını yum otur.

Adamdakı düşüncəyə baxın, sonradan NTV-də səsləndirdiyi bu biabırçı fikirlərinə haqq qazandırmağa çalışan Musabəyov deyib ki, “bunu Rusiya auditoriyası üçün səsləndirmişəm”, yəni onlara xoş gəlmək üçün.

Belə çıxır ki, bir millət vəkili, yaxud siyasətçi öz ölkəsi üçün strateji və tarixi əhəmiyyət kəsb edən məsələni müsahibə verdiyi ölkənin auditoriyasına uyğunlaşdırmalıdır? Deməli, “tovariş” Musabəyov erməni telekanalına açıqlama versəydi, deyəcəkdi ki, Qarabağ Ermənistana məxsusdur və Azərbaycan nahaq yerə bu torpaqları azad edib?

Bəlkə də bu başabəla politoloq düşünüb ki, Azərbaycanda heç kim NTV-yə baxmır və orada ağzına gələni danışa bilər. Və bir məsələ də maraqlıdır ki, Rusiyanın hər zaman Azərbaycana qarşı qərəzli və düşmən mövqeyilə seçilən bu kanalı nədənsə 125 deputatın arasından məhz Musabəyovu seçib danışdırdı...

Belə görünür ki, erməni işğalına qalib gəlməyi bacaran dövlətimizi, xalqımızı, cəmiyyətimizi hələ nəyə, kimə xidmət etdikləri qaranlıq qalan siyasi tör-töküntülərə, maşalara, eləcə də, seçki saxtakarlığına, məmur oliqarxiyasına, korrupsiyaya və digər çoxsaylı neqativlərə yol açan mühitə qarşı çətin mübarizə gözləyir. (Azpolitika.info)

XeberTv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu