Son dəqiqə
7-12-2020, 08:35
6 300

Yaralı qazilərdən etiraz: “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”

Yaralı qazilərdən etiraz: “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”


ATU Tədris Cərrahiyyə Klinikasinda yatan 29 nəfər ağır yaralı, gözündə 9 qəlpə olan, hər iki gözünü itirən, ayaqlarında onlarla qəlpə olan yaralı qazilər etiraz edirlər.

Onlar deyirlər ki, bizi bu xəstəxanadan çıxarmaq istəyirlər: “Amma xahiş edirik ki, bizi burda saxlayın. Əgər saxlamırsınızsa, yaralı-yaralı evimizə gedək, başqa xəstəxanaya yox…”.

Kimlər bu yaralıların xəstəxanadan çıxarılmasında israrlıdır sualına ancaq aidiyyatı orqanlar cavab axtarmalıdır. Mənim vəzifəm problemi ictimailəşdirməkdir.

XeberTv.info-nun məlumatına görə, Miq.Az-a zəng edən Rüstəmov İnqilab Saləddin oğlu deyir ki, o, Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb:
“Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı yaralandım. İlk dəfə yaralananda sifətimdə qəlpə yarası var idi. Bir gün elə döyüşdüm. Səhərisi gün ağır yaralandım. ATU Tədris Cərrahiyyə Klinikasina gələnə qədər 6 xəstəxanada olmuşam. Gözümdə 9 qəlpədən 5-çıxarılıb, sifətimdə iki qəlpə var, boynumda onurğa sümüyümdə bir qəlpə var. Bu xəstəxanada bizə çox yaxşı baxırlar. Etiraf edim ki, bura gələndən sonra səhhətimdə irəliləyişlər var. Günü-gündən sağlamlığım bərpa olunur. Həkimlər gündə 4-5 dəfə yoxlayır, yemək-içməkdən tutmuş insani və həkim münasibətinə qədər bura əvəzolunmazdır. Şikayətimiz bizim burdan çıxarılmağımızla bağlıdır”.

“Bu gün bizə gəlib dedilər ki, “COVİD-19″-la əlaqədar buralar bağlanır. Sizi başqa yerə köcürəcəyik. Doğrusu, bu xəstələr ən ağır xəstələrdi. Başqa xəstəxanalarda şəfa tapmayan yaralılardı əksəriyyət. Biz xahiş edirik ki, bizi buradan başqa yerə köçürməsinlər” – deyir yaralı hərbçimiz.

Nurməmmədov Vüsal Məmmədiyyə oğlu isə Talış istiqamətində yaralanıb. Üz nahiyyəsində və gözündə çoxsayı qəlpə yaraları var:

“Mən bura gələnə qədər 4 xəstəxana dəyişmişəm. Hətta sifət nahiyyəmdə yanıqlar da var idi. İndi onlar sağalır. Buranın həkimlərindən razıyıq, şikayətimiz yoxdur. Sadəcə harasa göndərilməyimizdən narahatıq. Başqa hara göndəriləcəyimiz və bundan sonrakı sağlamlığımız bizi narahat edir. Əgər mənim və burda yatan ağır yaralıların dərdinə başqa yerdə dərman olsaydı, bura niyə göndərirdilər ki, bizi? Burda qalsaq, ümid edirik ki, əvvəlki kimi sağlam olmasaq da, heç olmasa gələcəkdə ciddi sağlamlıq problemlərimiz omaz”-deyir Nurməmmədov Vüsal.

Yaralı qazimiz də deyir ki, bu gün bizə xəbərdarlıq etdilər ki, “COVİD-19”-la əlaqədar olaraq, sizi başqa yerə köçürüb, buraya korona xəstələrini yerləşdirəcəyik. Amma biz burda mülaicə olunmaq istəyirik. Çünki elə adam var ki, 8 xəstəxanada yatıb, amma bura gələndən sonra səhhətində ciddi irəliləyişlər var.

Şikayətçi qazilərimizin adları:

Bağırov Nicat
Hüseyinov Şəmsi
Quliyev Şəhriyar
Camallı Şahin
Rüstəmov İnqilab
Nurməmmədov Vüsal
Ələkbərli Hüseyin
Orucov Samir
İsmayılov Bəxtiyar
Şükürov Sadiq
Əliyev Əli
Quliyev Turan
Əliyev Xəzər
Baxşızadə Kamran
Lələyev Kənan
Əhmədov Asif
Süleymanov Əhliman
Dadaşov Qulu
Ələkbərov Nicat
İslamov Aqil
Əmirov Səlim
Mustafayev Hüseyin
Marufov Şəhriyar
Baxışov Məmmədəli
Yunisov İlkin
Səfiyev Əlisəfa
Xəlilli Nizami
Şahverdiyev Mikayıl
Rəhimov Ziyəddin

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}