Son dəqiqə
8-12-2020, 11:57
7 787

İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı - FƏRMAN

İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.

Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;

İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

XeberTv.info

Digər xəbərlər

General Mövlam Şixəliyev və dəstə üzvləri 14 milyon manat rüşvət almaqda təqsirləndirilir
Cəbrayılın Məzrə kəndindən görüntülər - VİDEO
"Həyat yoldaşımla aramızda bağlılıq var" - Həmidə Ömərova
Cənubi Azərbaycan təmsilçisi "Traktor" klubu İran kubokunu qazandı
Düşmən yeni itkilərini açıqladı
DYP-də hər şey köhnə qaydada gedir - Sadəcə qiymətlər bir az dəyişib...
Dünya bazarında neftin qiyməti
Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməli qoyulub -
Küveyt hökuməti istefaya getdi
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
Xarici işlər nazirinin ailə sərvəti -
Prezidentdən məcburi köçkünlərə şad xəbər
Türkiyənin oyununda fantastik qol -
Türkiyədə dəhşətli qum fırtınası meydana gəldi - VİDEO
İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu
Müstəqim Məmmədovdan şəhid ailəsinə hörmətsizlik -
Həftə sonu marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Azərbaycanlıların bəlası - Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!
Səhiyyə nazirinin müavini: “Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var”
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi
Kartof insanları belə ZƏHƏRLƏYİR - Mütəxəssisllərdən VACİB TÖVSİYƏLƏR
Baş redaktorlar 3-cü jurnalist binasından DANIŞDILAR: “Bizdə heç 200 keyfiyyətli evsiz jurnalist qalmayıb”
Laçında cüyür ovlayıb kef məclisi təşkil edən iki nəfər saxlanılıb - VİDEO
Azərbaycan nefti bahalaşdı
Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO
Putinə “güclü lider”, Trampa isə “lovğa” dedi
Ermənilər atəşkəs rejimini 54 dəfə pozdu
Beynəlxalq Bankla Azər-Türk Bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi
İlahə Fəda: “Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur” -
Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
{sape_links}{sape_article}