Son dəqiqə
İdman
8-12-2020, 16:36
6 340
Azərbaycanda klub təcili yardıma görə cəzalandırıldı

AFFA İntizam Komitəsi I Divizionun VIII turunda baş verənlərlə bağlı bir sıra qərarlar çıxarıb.
Həmin qərarları təqdim edirik:
“Keşlə-2” – "MOİK" oyununda meydan sahibi klub AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirmədiyi üçün 80 manat cərimə olunur;
“Keşlə-2” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Kəpəz” – “Qarabağ-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Kəpəz” 40 manat cərimə olunur;
“Kəpəz” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Qarabağ-2” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Sumqayıt-2” – “Zaqatala” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunur;
“Neftçi-2” – “Turan Tovuz” oyununda “Neftçi-2” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah-2” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
XeberTv.info