Son dəqiqə
11-12-2020, 09:21
6 053

Zakir Fərəcov da eyni qaydada yola salınacaq... - İDDİA

Zakir Fərəcov da eyni qaydada yola salınacaq... - İDDİA


Bir neçə gün əvvəl həbs olunan Cəlilabadın icra başçısı Namiq Zeynalovun karyerasında mühüm rol oynayan əsas şəxsin adı üzə çıxıb. Yerli mediyada xəbər verilir ki, DTX tərəfindən saxlanılan və barəsində cinayət işi açılmış Zeynalov Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur.

Məlumatda deyilir ki, həbs olunan icra başçısının qardaşı Akif Zeynalov Fərəcovun qudasıdır. Belə ki, Zakir Fərəcovun kürəkəni, Akif Zeynalovun oğlu Əkrəm Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiridir. Akif Zeynalov isə, əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Hazırda isə Ərazi Maliyyə Müfəttişliyinin rəisidir.

Məlumatlarda qeyd olunur ki, Namiq Zeynalovun karyerasının yüksəlməsində keçmiş komitə sədri, hazırda dövlət başçısının müşaviri Kərəm Həsənovun rolu olsa da, əsas funksiyanı Zakir Fərəcov həyata keçirib. Belə ki, o, qudasının qardaşını önə çəkərək, icra başçısı olmaqda bir çoxlarına minnətçi düşüb.

Xatırladaq ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

XeberTv.info bildirir ki, DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, növbəti ələmələrdə qurban kimi Zakir Fərəcov seçilə bilər: "Məlumdur ki, Zakir Fərəcov bu gün barəsində ən çox şikayət olunan icra başçılarından biridir. Hətta onun onlarla sahibkarın milyonlarla pulunu mənimsəməsi haqda faktlar davamlı olaraq yerli KİV-də işıqlandırılır ki, bu məsələ lazımi qurumlar tərəfindən araşdırllmaqdadır".

Mənbə bildirir ki, Zakir Fərəcov kimi icra başçılarının vəzifə başında saxlanılmaları hakimiyyətin yeniləşən siması ilə də tərs-mütənasibdir.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"