Son dəqiqə
11-12-2020, 10:19
707

Şəhidin ailəsinə son məktubu - FOTOLAR

Şəhidin ailəsinə son məktubu - FOTOLAR


“Canım atam, anam, bacım...

21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burada. Əgər şəhid olsam, haqqınızı halal edin. Heç vaxt pis olmayın, başınızı dik tutun. İnşallah, cənnətdə görüşərik”.

Bu sözlər Lənkəran rayonunun Balıqçılar qəsəbəsindən olan 24 yaşlı şəhid Kamran Vəlizadənin ailəsinə yazdığı son məktubundandır.

XeberTv.info bildirir ki, şəhidin dostu Səmral Əşrəfzadənin “Qafqazinfo”ya verdiyi açıqlamaya görə, o, Qubadlı uğrunda döyüşlərdə oktyabrın 23-də şəhid olub: “Ailəsi ilə sonuncu dəfə oktyabrın 20-də telefonla danışıb. Bir müddətdən sonra telefonla əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri narahat olduğuna görə, onu tanışlar, döyüş yoldaşları vasitəsilə axtarmağa başlayıblar. Yalnız noyabrın 10-da Kamranın cansız bədəni əmisi tərəfindən tanınaraq tapılıb.

Həmişə öz ehtiyatı ilə seçilən Kamran ölüm anında da özünə sadiq olub. Ömrünün son anlarında ailəsinə məktub yazıb. Məktubda anasına, atasına müraciət edib. Yazdığından belə məlum olur ki, o, oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərin birində ayağından yaralanıb. Döyüş yoldaşlarının çoxu şəhid olub. Özü isə iki gün yaralı qalıb. Çoxlu qan itirən Kamran şəhid olub”.

Dostu qeyd edib ki, Kamran Vəlizadə hərbi xidmətdə olarkən də nümunəvi əsgər olub. Xidmət etdiyi dövrdə qüsursuz xidmətə görə 9 fərqlənmə diplomu alıb. Hərbi xidmətdə atıcı ixtisasına yiyələnib. Müharibənin ilk günlərindən ordu sıralarına qatılıb.

Kamran Vəlizadə ADSNU-nun Energetika fakültəsini bitirib. Azərenerji ASC-də imtahandan uğurla keçərək Bakı İstilik Elektrik Mərkəzində işə düzəlib. Lakin bu işdə cəmi iki həftə işləyə bilib, müharibə başladığından ön cəbhəyə yollanıb.

Şəhid qəhrəman doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb.

Şəhidin ailəsinə son məktubu - FOTOLAR

Şəhidin ailəsinə son məktubu - FOTOLAR

Şəhidin ailəsinə son məktubu - FOTOLAR

Şəhidin ailəsinə son məktubu - FOTOLAR

Şəhidin ailəsinə son məktubu - FOTOLAR


XeberTv.info

Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}