Son dəqiqə
25-12-2020, 09:58
6 465

"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk

"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk


Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəzifələrinin icrasını davam etdirirlər. Amma eyni zamanda, missiyanın rəhbəri general Rüstəm Muradovun qondarma rejimin başçısı Arayik Arutunyanla görüşləri kimi Azərbaycan cəmiyyətini qıcıqlandıran hadisələr baş verir. Bu formasiyanın “bayrağı” Xankəndidə və bəzi digər yaşayış yerlərində dalğalanmağa davam edir.

Baş verənlərə Azərbaycanın reaksiyası necə olmalıdır? Bu bölgənin dinc reinteqrasiyası üçün hansı addımlar atılmalıdır?

XeberTv.info bildirir ki, AYNA-nın suallarını ukraynalı siyasi analitik Rinat Kovbasyuk cavablandırıb.

- Ermənistan və Rusiya mediasının yazdığına görə, Rusiya sülhməramlı kontingentinin başçısı general Muradov Qarabağ separatçılarının başçısı ilə görüşür. Sizə elə gəlmirmi ki, bu, bir şəkildə Prezident Putinin Qarabağın Azərbaycan ərazisi olduğuna dair sözlərinə uyğun gəlmir?

- Rusiya sülhməramlı qüvvələrinin rəhbəri ilə Rusiya Prezidenti arasında koordinasiya olmadığını düşünmürəm. Görüşlər, xüsusən də sülhməramlıların başçısının diplomatik nümayəndə heyətinin rəhbəri kimi deyil, neytral tərəfi təmsil edən bir şəxs kimi zərurət üzündən Arutunyanla görüşməsi heç bir rəsmi tanınma demək deyil.

- Bu vəziyyətdə sülhməramlı kontingent zabitlərinin məktəblərin və digər qurumların açılışında iştirak etməsini necə izah etmək olar? Özü də bütün bunlar qondarma “DQR” bayrağı altında həyata keçrilir.

- Anlamalısınız ki, humanitar məqsədlər, prinsipcə, özlüyündə nəcib addımdır, eyni zamanda, sülhməramlı qüvvələrin nümayəndələri suveren bir dövlətin ərazilərində olduqlarını və “Artsax” olmadığını aydın şəkildə anlamalıdırlar. Və şəxsən mənim fikrimcə, Azərbaycan danışıqlara getməsəydi, Respublika ərazisi çox az müddətdə separatçılardan azad ediləcəkdi.

- Bu yaxınlarda olduqca qəribə bir hadisə baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin arxa hissəsindəki ərazini tərk etməkdən imtina edən bəzi erməni silahlıları təxribat törətməyə başladılar. Onları zorla çıxarmalı olduq. Sülhməramlılar müdaxilə etdi. Üstəlik onların xəritələrində bu zona ermənilərin nəzarəti altında qalmış kimi qeyd olunurdu. Yalnız yüksək rəhbərliyin müdaxiləsindən sonra xəritə düzəldildi. Qəribəliklər çox olmadımı?

- Sülhməramlıların hər hansı bir addımı rəsmi Bakı ilə ciddi şəkildə əlaqələndirilməlidir, çünki, Bakı Qarabağ bölgəsindəki yeganə qanuni səlahiyyət sahibidir. Əgər bu, belə deyilsə, o zamn baş verənlər Kremlin yalnız Azərbaycanın ərazi bütövlüyünü formal olaraq tanıması və əslində, erməni işğalçılarına kömək etməsi deməkdir. Bu vəziyyətdə bütün sülh müqavilələri mənasızdır və Bakı, bütün dünya birliyi tərəfindən tanınmış ölkənin ərazi bütövlüyünü nəhayət bərpa etmək üçün sülh müqaviləsindən birtərəfli qaydada çıxmaq hüququnu özündə saxlayır.

- Qarabağda, “Gürcüstan ssenarisi”nin təkrarlanması riski varmı?

- “Gürcüstan ssenarisi” ilə Qarabağ münaqişəsini müqayisə etməyə dəyməz. Birincisi, əslində, orada Rusiya münaqişə tərəflərindən birini dəstəklədiyini heç gizlətmədi də. Azərbaycan Ordusunun uğurları, hərbi münaqişə dövründə Gürcüstan ordusunun irəliləməsindən daha aydın görünür. Həm də xatırlatmaq lazımdır ki, Bakının hər an hərbi əməliyyatların aktiv iştirakçısına çevrilə bilən Ankaradan güclü dəstəyi var, buna görə Kreml bu seçimi daha çox ehtimal hesab edir və burada “Gürcüstan ssenarisi” ilə getməyin qəti mümkün olmadığını başa düşür.

Üstəlik, Azərbaycan bütövlükdə heç vaxt anti-Rusiya siyasəti yürütməyib, ölkələrin arasında dost münasibətləri qalır. Yalnız beynəlxalq arenada deyil, həm də tamamilə konkret olaraq KTMT-də hərbi təcavüz təzahürlərini çətin başa düşsünlər. Axı, münaqişənin göstərdiyi kimi, Təşkilat ölkələrindən heç biri Ermənistanın tərəfini tutmadı. Buna görə yaxın gələcəkdə “Gürcüstan ssenarisi” gözləməyə dəyməz. Bundan əlavə, Gürcüstanda münaqişə tərəfləri Rusiya və onun müttəfiqləri tərəfindən diplomatik tanınma aldılar. Ancaq rəsmi İrəvan da “DQR”-i beynəlxalq hüququn subyekti kimi tanımırsa, bunu Qarabağ məsələsində necə təsəvvür edə bilərsiniz?

- 5 ildən sonra sülhməramlılar nəzarət altındakı bölgəni tərk etməlidirlər. Bunun heç bir insidentsiz keçməsi üçün Azərbaycan tərəfindən hansı addımlar atılmalıdır?

- Tonlarla kağızı doldura, bir çox strategiya yarada bilərsiniz, ancaq bu vəziyyətdə heç də hər şeyin Bakıdan asılı olmadığını anlamalısınız. Kreml və İrəvan bu məsələni beş il ərzində nəhayət sülh yolu ilə həll etmək istəməyəcəksə, o zaman Azərbaycan bunu insidentsiz həll etməyə çalışsa da, qaçılmaz olacaq. Buna görə də sülhün ən yaxşı zəmanəti Azərbaycan ordusunun döyüş qabiliyyətinin daha da gücləndirilməsi və Türkiyə ilə strateji tərəfdaşlıq olacaq. Çünki heç bir danışıqlar və Minsk Qrupu 30 ildə Azərbaycanın cəsur ordusunun ay yarımda qazandığını və əslində heç kimin həll etmək istəmədiyi bir məsələni həll etdiyi kimi çözə bilmədi.

Güclü olun və anlayın ki, Azərbaycan xalqının əzmindən və Türkiyə xalqının qardaş köməyindən başqa heç kim həqiqətən ölkənizin suverenliyini qorumağa hazır deyil, çünki təəssüf ki, beynəlxalq strukturlar son dərəcə amorf və qətiyyətsizdir, ona görə də təhlükəsizliyinizin etibarlı qarantı yalnız Azərbaycan əsgəridir!

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"