Son dəqiqə
28-12-2020, 18:03
6 772

Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi

Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla, vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış faktlarla bağlı Baş İdarədə Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

XeberTv.info

Digər xəbərlər

Parlamentdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib
Sergey Lavrov Bakıda, İlham Əliyevlə görüşdə
Millimiz UEFA Millətlər Liqasında son oyununa çıxıb
Yoluxanlarla bağlı bu günə olan statistika
Salyanda azyaşlı kanala düşərək boğuldu
Bakıda avtomobil evakuatorla toqquşdu
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı - VİDEO
İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi - VİDEO
Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - Video
Neftçilər xəstəxanasında " Növbəti qurban O oldu."- Ramina Eyvazqızınln acı fəryadı...
İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdi
Mingəçevirdə ana və uşaqlarını maşın vurdu
Beynəlxalq karate yarışı Heydər Əliyev Mərkəzində keçiriləcək -
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR...
Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"
Prezident Natiq Qarayevlə bağlı sərəncam imzaladı
Direktorların işə qəbulu üzrə imtahanlar başlayır
Ağdamdakı Birgə Monitorinq Mərkəzindən reportaj - VİDEO
Azərbaycanda ötən ay 12 nəfər dərmandan zəhərlənib
İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
Ceyhun Bayramov xarici işlər naziri oldu
“Digər icra başçıları rüşvət almağa davam edirlər”
Yoluxanların sayı 1000-dən aşağı düşdü
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Sahil Babayev, bu ailənin pulunu kəsmək nə qədər ADİLDİR? -  VIDEO
Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə
Bu qidalar xərçəngə gedən yoldur.
Arnold Şvartseneqqer qəzaya düşdü -
Erməni tankının Şuşada Azərbaycan Ordusu tərəfindən məhv edilmə anı - VİDEO
{sape_links}{sape_article}