Son dəqiqə
Aktual
4-01-2021, 09:49
5 106
Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir

Qarabağda atəşkəs rejiminə nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirən Rusiya sülhməramlılarının müşahidə məntəqələri istehkam blokpostları ilə təchiz ediləcək.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulub.
XeberTv.info