Son dəqiqə
Siyasət
7-01-2021, 08:56
5 115
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
ABŞ-ın birinci xanımı Melanya Trampın aparatının rəhbəri Stefani Qrişem çərşənbə günü Vaşinqtonda qarışıqlıqları nəzərə alaraq vəzifəsindən istefa verib.
XeberTv.info bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qrişem bildirib ki, öz vəzifəsini dərhal tərk etmək niyyətindədir. Daha əvvəl o, Ağ Evin mətbuat katibi, həmçinin Ağ Ev Aparatında kommunikasiyalar üzrə direktor olub.
Qeyd edək ki, çərşənbə günü ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları Konqresinin binasına hücum etməyə çalışıblar. Onlar sonda binanın içinə girməyə nail olublar. Qanunverici orqanın nümayəndələri təhlükəsiz yerlərə təxliyə edilib.
Son məlumatlara görə, toqquşmalar zamanı etirazçılardan biri həlak olub, daha dörd nəfər yaralanıb. Ölən şəxs qadındır. ABŞ polisi azı 20 nəfəri qarışıqlıqlar yaratmaq ittihamı ilə saxlayıb.