Son dəqiqə
15-01-2021, 09:23
5 278

Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?

Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?


Ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən icra başçılarının işdən çıxarılan övladlarının bu il başqa vəzifəyə təyin edilməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. İmişlinin icra başçısı olmuş Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev və Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev ataları həbs edilərkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri idilər. Lakin atalarının həbsindən sonra onlar vəzifələrindən çıxarılmışdılar.

Bu yaxınlarda isə baş prokuror Kamran Əliyevin əmri ilə M.Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq, R.Quliyev isə Quba prokurorunun köməkçisi təyin edildi.

XeberTv.info-nun məlumatına görə, Vəkil Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Prokurorluq haqqında qanuna görə onlar heç vaxt prokurorluq orqanlarından xaric edilməyiblər:

“Hər ikisi prokurorluq orqanlarının sərəncamında qalmışdılar. Onların təyinatı ilə bağlı atılan addımlar da tam qanuni və əsaslıdır. Ümumiyyətlə, bir məsələ unudulur ki, onlar Prokurorluq haqqında qanunun 44-cü maddəsinin təsiri altında düşmür. Yəni, bu hərəkətlər prokurorluq orqanında vəzifəyə təyin edilməmənin tələbləri arasında yoxdur. Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın dövlət idarəçiliyində iştirak hüququ var. Digər tərəfdən də təqsirsizlik prezumpsiyası nəzərə alınmalıdır.

Biz hüquqi dövlətdə yaşayırıq, qoşulduğumuz konvensiyalar və Cinayət Məcəlləsinə görə hər kəs öz əməlinə görə özü cavabdehdir. Nə qanun, nə də digər xüsususatlar imkan verir ki, ataya görə oğul məsuliyyət daşısın. Təyinat tam baş prokurorun səlahiyyətində olan məsələdir və burada qanunsuz heç nə yoxdur. Sadəcə ictimaiyyət bu məsələdə yıxılana balta vurmaq prinsipi ilə yanaşdı, bu da doğru mövqe deyil. Hər iki şəxs tam şəkildə ali təhsilli hüquqşünaslardır, amma prokurorluq orqanlarında 9-cu təsnifatda olan vəzifəyə veriliblər. Onlar hər ikisi sərəncamda idi, prokurorluğun əməkdaşları sırasından çıxarılmamışdılar. Sadəcə əvvəl 5-ci və 6-cı təsnifatda idilər, indi 9-cu təsnifatdadılar. Hər bir şəxs öz əməlinə görə özü cavabdeh olmalıdır".

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}