Son dəqiqə
16-01-2021, 14:25
6 411

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.

Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək, istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, Vüqar Səfərlinin işinin araşdırılması nəticəsində onunla əlbir olanlardan kimin hansı formada iştirak etdiyi, rolunun nədən ibarət olduğu bilinəcək:

“Düşünürəm ki, biz istintaqın əmələ qiymət verməsini gözləməliyik. Çünki biz kimisə ittiham edə bilmərik. Əgər kimisə günahlandırsaq, bu, istintaqın obyektiv iş aparmasına mane ola bilər.

Baş Prokurorluq tərəfindən verilən açıqlamada deyilir ki, digər şəxslərlə bağlı araşdırmalar aparılacaq. Yəqin ki, digər şəxslərin də bu istiqamətdə ilkin əməllərinin olmasına şübhələr var. Və həmin şəxslərin dairəsi müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması baş verə bilər. Amma konkret kimlərin məsuliyyətə cəlb olacağını bilmərik. Bunu istintaq orqanı müəyyənləşdirəcək”.

Ə.Nuriyev qeyd edib ki, korrupsiya sövdələşməsi olursa, təbii ki, burada tək bir nəfərin iştirakı istisnadır.

Baş Prokurorluğun məlumatına görə, toplanmış ilkin sübutlar əsasında Vüqar Müzəffər oğlu Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(modern.az)

XeberTv.info

Digər xəbərlər

Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib
Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
Eskalatorda biabırçılıq: Qadının ətəyinin altını telefona çəkdi - foto
G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO
KİV: Ermənistan müdafiə naziri istefa verib
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
Azərbaycanda koronavirusa daha 542 yeni yoluxma, 9 ölüm
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Ukrayna artıq ABŞ-dan ən mükəmməl kəşfiyyat-zərbə PUA-nın ilk partiyasını aldı -
Bakıda ər arvadını moteldə qətlə yetirdi
Mərdəkanda yerləşən "Tandirloin" restoranında müştəriyə qarşı soyğunçuluq - Hər adama 30 manatlıq sifariş verməlisiz
DYP əhaliyə müraciət etdi: Terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı...
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Arda Turan koronavirusa yoluxub
Baş Nazir qərarı təsdiqlədi - Dərslər bu formada keçiriləcək
Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər
Birinci MDB Oyunları başa çatıb
Türkiyədə benzin UCUZLAŞDI
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
“Polad Həşimovun məzarına gül qoymaq istəyirdi, özü də onun yanında dəfn olundu” - VİDEO
Əli Həsənov bu vəzifəsini də itirdi
Mərziyyə Ramazanova 123 saylı dövlət baxçasını özəlləşdirib?
Gələn il pensiya yaşı belə olacaq (CƏDVƏL)
{sape_links}{sape_article}