Son dəqiqə
25-08-2021, 10:28
2291

“Hidro-Kaskad” MMC hər tenderdən sonra Zakir Quliyevə nə qədər “otkat” verir ?

“Hidro-Kaskad” MMC hər tenderdən sonra Zakir Quliyevə nə qədər “otkat” verir ?

“Meliorasiya və Su” ASC-də yeni sədr köhnə korrupsioner komanda ilə necə işləyir ?- Zakir Quliyev ASC-də sabotajla məşğuldur. “Hidro-Kaskad” MMC hər tenderdən sonra Zakir Quliyevə nə qədər “otkat” verir ?

Son bir neçə ildə cənab Prezident İlham Əliyev köhnə rüşvətxor, korrupsioner iri mənurları vəzifədən uzaqlaşdırıb, yeni, islahatçı gəncləri həmin vəzifələrə təyin edir. Bu yanaşma həm də cəmiyyətin ürəyincədir. Amma…
Amması odur ki, təyin olunan yeni, gənc məmurlar daha çox, “köhnə korrupsioner komanda” ilə işləməyə üstünlük verirlər.
Bir soruşan yoxdur ki, işdən uzaqlaşdırılan məmur bütün cinayətləri köhnə komanda ilə realizə edib, mənimsəyib.
Yeni islahatçı məmur köhnə komanda ilə qurumda necə islahat apara bilər ?
Digər tərəfdən yeni məmur “köhnə peşəkar” korrupsioner komandanın nəyinə aşiq olub ki, onlardan qurtulmaq istəmir ?
Bax, əsas məsələ budur. Açığı, yenilərin köhnələrə adaptasiyası baş verir və yeni məmur köhnələrin əməllərinə bulaşır. Bu isə heç bir müsbət nəticə vermir.
Bunu konkret olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin timsalında görmək olar.
Zəlzələdən, ya vəlvələdən köhnə rəhbərlik gedib.
Bəs qurumun yeni rəhbəri, ASC-nin yeni sədri Zaur Mikayılov nə düşünür ?
Əgər hər şey köhnə qayda ilə davam edəcəkdisə, rəhbərliyi dəyişməyə nə ehtiyac var idi ?
Əgər qurumda 16 ildir at oynadan, ASC sədrinin müavini Zakir Quliyev yenə qurumda atını köndələn çapacaqdısa, hansı islahatdan danışa bilərik ?
Axı, belə islahat olmur.
Mirzə Cəlil demişkən, əgər “Haman göl, haman qurbağalardırsa”, biz hansı müsbət dəyişiklikdən danışa bilərik ?
İslahatın mahiyyəti və məzmunu odur ki, Zakir Quliyev və onun kimilər təcili qurumdan uzaqlaşdırılmalıdır.
Məsələ təkcə Zakir Quliyev kimiləri vəzifədən uzaqlaşdırmaqdan getmir. Həm də 16 il ərzində Zakir Quliyevlərin xalqa və dövlətə vurduğu ziyanlar hesablanıb dövlət büdcəsinə qaytarılmalıdır. Və Zakir Quliyevlər layiq olduqları cəzasını çəkməlidir.
Bax, bu olar, köklü, fundamental islahat. Yoxsa, hansısa kosmetik dəyişikliyi islahat adı ilə cəmiyyətə sırıya bilmərik.
Məlumdur ki, yeni rəhbərlik köhnə komandadan TƏHVİL-TƏSLİM tələb etməlidir.
Bəli, bütün dünyada belədir. Köhnə komanda yeni rəhbərə HESABAT verib kənara çəkilməlidir.
Təəssüf ki, biz belə müşahidə etmirik.
Əksinə Zakir Quliyev kimilər nəinki cəza çəkməyi düşünür, hətta daha yüksək vəzifələrə can atırlar. Bax, bu əsl cəzasızlıq mühitidir.
Yeri gəlmişkən, Zakir Quliyev gözlərini dikib Azərsu Sədrinin boş qalan yerinə və könlündən Azərsu sədri olmaq keçir. Həm də təkcə könlündən keçmir, deyir ki, nəyin bahasına olur-olsun Azərsu-nun sədri olacam.
“Nəyin bahasına olur-olsun”....
Bəli, Zakir Quliyev kimi məmurlar üçün məmləkətdə hər şey alınıb-satılandır, hətta yüksək vəzifələr də.
Əgər belə olmasaydı, dövlətdən 16 ildir konkret maaş alan Zakir Quliyev milyonlar səltənətini hansı pula yaradırdı.
Bir vacib məsələni qeyd edib sonra keçərik Zakir Quliyevin səltənətinə.
Deməli, Zakir Quliyev uzun illər Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinin müdiri olub. Və quruma sədr müavini təyin olunarkən, öz yerini bibisi oğlu Elman Nuriyevə verib.
And olsun Zakir Quliyevin sevimli imamı Fətullah Gülənin canına ki, heç orta əsrlərdə belə hal olmayıb.
Dövlət qurumunun vəzifəsi, kürsüsü sənin dədənin, babanındır ki, çıxanda həmin vəzifəni bibin oğluna, ya da xalan oğluna verəsən ?
Bu hələ harasıdır ?
Zakir Quliyev meliorasiya sistemindən oğurladığı milyonların hesabına öz qohum-əqrəbasını müxtəlif vəzifələrə soxuşdurub.
Siyahıya diqqətlə fikir verin:
1. Zakir Quliyevin qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.
2. Quliyevlərin yaxın qohumu Şamil Qasımov artıq ikinci bələdiyyə seçkiləridir ki, Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunur.
3. Xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisidir
4. Dayısı Fazil Qasımov pambıq zavodunun müdiridir
5. O biri dayısı Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri
6. Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisidir
Bir sözlə, cənab Prezidentimizin dediyi kimi “tayfa təfəkkürü, mağara psixologiyası”.
İndi Zakir Quliyevin əmlakının, obyektlərinin cüzi bir hissəsinə nəzər salaq.
Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi, Bakıda xeyli sayda mənzilləri, ölkə xaricində biznesi və daha nələri. Zakir Quliyevin rayondakı biznesini Fətullaha sevgisi olan qardaşı Elçin Quliyev idarə edir.
Zakir Quliyev eyni zamanda ona məxsus şirkətlər vasitəsilə quruma ayrılan milyonları tenderdə udur. Sözün həqiqi mənasında udur ee, üstündən də bolluca su içir.
Məsələn, niyə müvafiq orqanlar araşdırmır ki, “Hidro-Kaskad” MMC hər tenderdən sonra Zakir Quliyevə nə qədər “otkat” verir ?
Cənab Prezident cəmi bir neçə gün əvvəl “şişirtmələr”dən danışdı, ay Zakir Quliyev.
Qurum üçün alınan nasos aqreqatlarının qiymətlərini 4-5 dəfə şişirdirsiniz ?
Sizin tamahınız dibsiz quyudur ee, dolmaq bilmir, Zakir Quliyev.
Dəyəri 45 min manat olan nasosu 80 min manat adı ilə sənədləşdirirsiniz.
Daha nələri yazaq ki, sizin barənizdə tədbir görülsün.
Amma bu dünyada hüquqdan, qanundan əlavə bir ilahi ədalət də var, Zakir Quliyev. Bax, harada olsan ondan qaça bilməyəcəksən.
Cənab Prezident əbəs yerə demir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun.
Redaksiyamıza özəl mənbədən daxil olan məlumata görə, Zakir Quliyev həbsxananın lap kandarındadır. İçəri girməsinə sayılı günlər qalıb.
Redaksiyadan: “Meliorasiya və Su” ASC-nin nə boyda qurum olduğu ilə maraqlananlar üçün qurumun strukturunu təqdim edirik:

ASC-nin tərkibində aşağıdakı qurumlar var :
1. Suvarma Sistemləri İdarəsi – Azərbaycanın hər rayonunda, yəni 80-dən artıq rayonda bu İDARƏ var
2. Kollektorların İstismar İdarəsi – 5 İdarə var- Baş Mil-Muğan, Baş Şirvan, Mərkəzi Muğan, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının istismarı idarəsi.
3. Suvarma Sistemləri İdarələri
Abşeron suvarma sistemləri idarəsi
Ağdaş suvarma sistemləri idarəsi
4. MEŞƏ MELİORASİYA İDARƏLƏRİ
Qarabağ meşə meliorasiya idarəsi
Mil-Muğan meşə meliorasiya idarəsi
Şirvan meşə meliorasiya idarəsi
5. SU ANBARLARININ, HİDROQOVŞAQLARIN VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏLƏRİ
Ağstafaçay, Bəhramtəpə, Yuxarı Xanbulançay, Mil-Muğan, Tərtərçay, Viləşçay, Əyriçay, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron, Cənubi Muğan, Şəmkirçay, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi
6. MELİORASİYA İDARƏLƏRİ
Ağcabədi meliorasiya idarəsi
Sabirabad meliorasiya idarəsi
Ucar meliorasiya idarəsi
Beyləqan meliorasiya idarəsi
7. MEXANİKİ SUVARMA İDARƏLƏRİ
Ağdam mexaniki suvarma idarəsi
Mollakənd mexaniki suvarma idarəsi
Pirəzə mexaniki suvarma idarəsi
Sabirabad mexaniki suvarma idarəsi

8. QIŞ OTLAQLARININ SU TƏMİNATI SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏLƏRİ
Acınohur, Bozdağ, Ceyrançöl, Qobustan, Mərkəzi Muğan, Pirsaat, Şirvan qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarəsi
9. SUBARTEZİAN QUYULARININ İSTİSMARI İDARƏLƏRİ
Ağcabədi, Beyləqan, Bərdə, Goranboy, Şəmkir, Şəki, Tərtər, Tovuz subartezian quyularının istismarı idarəsi
10. MELİOSERVİS İDARƏLƏRİ
Ağdam, Bərdə, Bəhrəmtəpə, Kürdəmir, Qazax, Lənkəran,
Neftçala, Sabirabad, Salyan, Ucar, Yevlax, Zaqatala, Sumqayıt melioservis idarəsi,
11. ZAVODLAR VƏ İXTİSASLAŞMIŞ İDARƏLƏR
Meliorasiya-mexaniki təmir istehsalat birliyi
Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi
Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi
Texnoloji-istehsalat komplektləşdirmə idarəsi
Hidrogeoloji-meliorativ xidmət idarəsi.
XəbərTv.info olaraq məqalədə irəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
(gundelik baki.com)

Digər xəbərlər

Balıqçıların NƏZƏRİNƏ: Prezident sərəncam imzaladı
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
Gəncədə törədilən terror nəticəsində daha bir nəfər vəfat etdi
Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı
Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”
Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından
Son sutkada vaksin olunanların sayı açıqlandı
İtkin düşmüş daha iki hərbçinin şəxsiyyəti müəyyənləşdirilib, meyitləri aidiyyəti üzrə verilib
"Əli İnsanov kimdir ki, mən ona qoşulum?" – Keçmiş baş prokurordan mesaj (Video)
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Şəmkirdə dərman daşıyan yük maşını yandı
MN: “İranın Azərbaycan mövqelərini atəşə tutması məlumatı yalandır”
Məşhur ifaçı arvadının açıq-saçıq görüntülərini paylaşdı  - FOTO
Azərbaycanlı müğənninin anası onu körpə ikən qardaşına veribmiş - Ailə sirri açıldı
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama
Neftçalada xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri! -
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
Səlim Müslümovun həbs xəbəri yayıldı
Bu gün vəfat edən Hadı Rəcəblinin varidatı – ŞOK SİYAHI / FOTO
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Baş Nazir təhsillə bağlı qərar imzaladı
Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM
Düşmən Gəncəni atəşə tutdu - RƏSMİ
Son sutkada vaksin olunanların sayı BİLİNDİ
Kök qadın qohumunu yarışa göndərən federasiya prezidenti işdən qovuldu -
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib
"Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?"
Lənkərandakı “Carnaval-beach” çimərliyində ƏCAİB QAYDALAR... -  VİDEO
{sape_links}{sape_article}