Son dəqiqə
Siyasət
13-05-2022, 12:00
301
Deputat Nazirlər Kabinetini “altıncı uşağa” görə tənqid etdi
“Qanun qəbul etmişik ki, altıncı uşağı olan valideynlərə müavinət verilsin. Amma Nazirlər Kabineti qərar verir ki, həmin uşağın 1 yaşı olandan sonra müavinət kəsilə bilər”.
Xəbərtv.info-nun məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
“Sən o müavinəti ver ki, uşaq 1 yaşına qədər sağ qalsın. Bəs biz qanunları niyə qəbul edirik?”, - deyə o bildirib.
Millət vəkili qeyd edib ki, pensiya yaşı, qanunsuz şəkildə cərimələrin yığılması halları da mövcuddur.
“Problemləri yarımçıq saxlamaq olmaz. Problemlər yarımçıq qaldıqca, Qarabağda da işlər yarımçıq olacaq”, - deyə Fazil Mustafa əlavə edib.