Son dəqiqə
8-06-2023, 12:38
186

Yol polisindən nasaz avtobus sürənlərə XƏBƏRDARLIQ - VİDEO

Yol polisindən nasaz avtobus sürənlərə XƏBƏRDARLIQ -
Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.

"Unikal" xəbər verir ki, araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.
Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub.

Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.

Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.



XəbərTv.info

Digər xəbərlər

Balıqçıların NƏZƏRİNƏ: Prezident sərəncam imzaladı
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
Gəncədə törədilən terror nəticəsində daha bir nəfər vəfat etdi
Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı
Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”
Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından
Son sutkada vaksin olunanların sayı açıqlandı
İtkin düşmüş daha iki hərbçinin şəxsiyyəti müəyyənləşdirilib, meyitləri aidiyyəti üzrə verilib
"Əli İnsanov kimdir ki, mən ona qoşulum?" – Keçmiş baş prokurordan mesaj (Video)
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Şəmkirdə dərman daşıyan yük maşını yandı
MN: “İranın Azərbaycan mövqelərini atəşə tutması məlumatı yalandır”
Məşhur ifaçı arvadının açıq-saçıq görüntülərini paylaşdı  - FOTO
Azərbaycanlı müğənninin anası onu körpə ikən qardaşına veribmiş - Ailə sirri açıldı
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama
Neftçalada xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri! -
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
Səlim Müslümovun həbs xəbəri yayıldı
Bu gün vəfat edən Hadı Rəcəblinin varidatı – ŞOK SİYAHI / FOTO
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Baş Nazir təhsillə bağlı qərar imzaladı
Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM
Düşmən Gəncəni atəşə tutdu - RƏSMİ
Son sutkada vaksin olunanların sayı BİLİNDİ
Kök qadın qohumunu yarışa göndərən federasiya prezidenti işdən qovuldu -
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib
"Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?"
Lənkərandakı “Carnaval-beach” çimərliyində ƏCAİB QAYDALAR... -  VİDEO
{sape_links}{sape_article}