Son dəqiqə
2-07-2024, 10:08
152

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? – VACİB MƏLUMATLAR

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? – VACİB MƏLUMATLAR




Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? – VACİB MƏLUMATLARBu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək.

Qeyd edək ki, hərbi vəzifələrin yerinə yetirilməsinə mane olan bir sıra xəstəliklər mövcuddur.

Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə e-qanun.az saytında tanış olmaq olar.

Həmin xəstəliklərin siyahısı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası” və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər”in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu ildə qəbul etdiyi 154№-li qərarında yer alıb.

Həmin qərarın “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər” bölməsində “Xəstəliklər cədvəli”nin qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur:

I qrafa – ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların;

II qrafa – çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların;

Ətraflı
Ad - 00:05

III qrafa – zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin.

“Xəstəliklər cədvəlində” hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilib:

“A” – həqiqi hərbi xidmətə yararlıdır;

“B” – sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;

“C” – dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

“Ç” – həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;

“D” – hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.

Hərbi xidmətə çağırış zamanı hansı hərbi hissəyə düşəcəyini öncədən müəyyən etmək olarmı?

2024-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından öyrənmək mümkündür. Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları Azərbaycan dilində, dəqiq, müvafiq xanalara daxil etməklə cavab ala bilər.

Qeyd edək ki, Azərbaycanda bütün əməkqabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir.Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaş vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti isə 12 aydır.

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -