Son dəqiqə
27-03-2020, 17:37
830

Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"

Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"


"İddiaçılar Turnirini yarımçıq saxladılar. Yarış bir müddət sonra qaldığı yerdən davam edəcək. Cox təəssüf ki, burada sevinəcək heç bir şey yoxdur".

Bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin yarımçıq dayandırılması barədə qərarı şərh edərkən deyib.

35 yaşlı qrossmeyster bildirib ki, Rusiyanın Yekaterinburq şəhərindəki yarışda 8 şahmatçının 7 turdan sonra mübarizəsinin bu formada saxlanılması qəribədir: "Heyf o qədər ev hazırlıqları, debütlər, məşqçilər, komandaya gedən vəsait və zamana. Şahmatçılar öz debüt sirlərini və hazırlıqlarını göstərdilər. Hələ 14 günlük turnirin karantinini demirəm. Amma bu gün FIDE nümayəndələri dedi ki, turnir qaldığı yerdən davam edəcək".

Məmmədyarov məsələnin həlli yolunu da göstərib: "Ümidvaram ki, ali şahmat qurumu 2 il sonra keçirəcəyi növbəti İddiaçılar Turnirinə Teymur Rəcəbova dəvət gondərəcək və bu narazılıqlar aradan galxacaq. Teymur bizim fəxrimiz və qürurumuzdur. Onun turnirdən uzaq qalmasını heç vaxt heç bir şahmatçı istəməzdi. Heyf ki, belə oldu. Vaxtında İddiaçılar Turnirinin 7 istirakçısından 2-si Teymura dəstək olsaydı, hər şey tam fərqli olardı. Təəssüf ki, turnirdən öncə heç biri dəstək olmadı. Növbəti İddiaçılar Turnirinə birbaşa dəvət edəcəklərinə ümid edirəm!"

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub.

XeberTv.info

Digər xəbərlər

Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Azərbaycan-Türkiyə sərhədinin bağlanması xəbərinə SƏFİRLİKDƏN REAKSİYA
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
SHXÇDX-nin sabiq idarə rəisinin rüşvət alması ilə bağlı AÇIQLAMA
Karantin qaydalarını pozan Milli Məclisin sabiq əməkdaşı həbsdədir
Avtobus parkında bedbext hadisə yaralılar var!!!
Karantin rejiminə nəzarətin gücləndirilməsi qərara alındı
Heydər Əliyev Fondu deputatın müalicə xərclərini öz üzərinə götürdü
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi açıqladı
İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş -
Bakıda 32 yaşlı qadın özünü binadan atdı - VİDEO
13 türkiyəlini öldürən terrorçunun şəxsiyyəti açıqlandı - FOTOLAR
Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
Daha 3 rayon qazlaşdırılacaq
Mehriban Əliyeva Binədə yeni tikilən məktəbdə - Fotolar
“Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...”
Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar
Bu gündən etibarən bu qadağalar ləğv edilir
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi
Suriyadan və Livandan Qarabağa gətirilən ermənilər yenidən Xankəndiyə qaytarılır?
Həbsdəki icra başçısının cinayət işində yeni detallar
NİYAMƏDDİN MUSAYEV HAQQINDA YALNIŞ XƏBƏR YAYILDI.
Qanı pulla satmaq olar?
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək
BNA VÜSALI: Ona da vaxt çatıb...
{sape_links}{sape_article}