Son dəqiqə
9-04-2024, 13:44
148

Qanı pulla satmaq olar?

Qanı pulla satmaq olar?
Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donorun sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Ancaq məsələ təkcə qan verən şəxsin sağlamlığı ilə məhdudlaşmır.

Donorların müəyyən hüquqları mövcuddur və ölkə qanunvericiliyi ilə qorunur.

Bəs bu hüquqlar nədən ibarətdir?

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanuna görə, donorlar tibbi müayinədən keçdikləri, qan verdikləri gün işə cəlb olunmurlar. Buna baxmayaraq özəl və ya dövlət müəssisəsində çalışmalarından asılı olmayaraq onlara həmin gün üzrə də əməkhaqqı ödənilməlidir. Həmçinin qan vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunmalıdır.

Qan verən zaman donorlar, həmçinin qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin edilməlidirlər.



Ən əsası isə hər dəfə qanı pulsuz (əvəzsiz) verən işləyən şəxslərə əlavə istirahət günü verilməlidir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Bu müddəa Əmək Məcəlləsində də öz əksini tapıb.

Bundan başqa, qan verilməsi ilə bağlı sağlamlığının pozulması nəticəsində şəxsə dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini qanunla müəyyən edilmiş qaydada almaq hüququ var.

Eyni zamanda, qan verilməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə isə işləyən şəxsə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır. Şəxsin qan verməyi ilə əlaqədar əlilliyi müəyyən edildikdə, onun əlilliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.



Qanunvericiliyə görə, qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Lakin pullu donorluq zamanı şəxsin verdiyi qan və qan komponentləri üçün haqq almaq hüququ var. Belə ki, müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu olması mümkündür.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Qanın, qan komponentlərinin pullu donorluğunun qaydası qaydası və şərtləri”nə görə, qana, qan komponentlərinə olan tələbatı tam ödəmək mümkün olmadığı hallarda (donor qanına təcili və təxirəsalınmaz ehtiyac yarandıqda) pullu donorlardan istifadə edilə bilər. Donor qanına təcili və təxirəsalınmaz ehtiyac yaranarsa, verilən qana görə haqq alan donorlar qan bankına donorların çağırışı üzrə məsul işçi tərəfindən dəvət olunur və müvafiq qaydada qan verirlər.

Qan banklarında qeydiyyatda olan, mütəmadi qan verən donorlar ərizə ilə müəssisə rəhbərliyinə müraciət edərək rəhbərliyin razılığı ilə pullu donor kimi qəbul edilirlər. Pullu donorlara Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlər əsasında, verdikləri qanın həcminə uyğun olaraq müvafiq haqq ödənilir. Haqq müəyyən olunmuş qaydada müəssisənin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına verilir.

Qanunla qanın, qan komponentlərinin gəlir əldə etmək məqsədilə başqa dövlətlərə satılması isə qadağandır.

Xebertv.info

Digər xəbərlər

"Türkiyə böyük oynayır, onun kiçik divident dalınca getmək vərdişləri artıq yoxdur..."
Sabah Bakıda 12 dərəcə isti olacaq
“Azərişıq” ASC-nin şəhid olmuş əməkdaşları
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Nizami Xudiyevin oğlu işdən çıxarılıb?
Erməni məmurların Qarabağa qanunsuz səfərləri: Nə etməliyik?
İşğaldan azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması: Məqsəd nədir? (ŞƏRH)
Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazandı
Yaponiyada fövqəladə vəziyyət rejimi qismən ləğv edilir
Azərbaycanda PUA-ya “İti qovan” adı verildi
AZAL-ın qiymətləri niyə bahadır? - VİDEO
Düşmənə dərs verən daha bir şəhid müəllim
COVID-19 peyvəndinin birinci dozası öz effektini neçə gün sonra itirir?
İstanbulda saxlanılan “Mübariz İbrahimov” gəmisinin heyət üzvlərinin qida ehtiyatı tükənir
Şuşan Stepanyan istefa verəcək
İraq İsveç səfirini ölkədən qovdu -
Bakıdakı dünya çempionatının yeni tarixi məlum oldu
“Sədərək”də bəzi mağazaları su basdı -
Qazaxda oğurlanan mal-qaranın bilərəkdən tapılmaması haqda iddialara - DİN-dən açıqlama
Manaf Ağayevin tibbi təhsili olmayan oğlu necə baş həkiminin KÖMƏKÇİSİ OLUB?
Ermənilərin döyüşlər zamanı öldüyünü açıqladığı hərbçilərin ümumi SİYAHISİ
Ərdoğanın Azərbaycan səfəri ilə bağlı açıqlamaları Türkiyə telekanalında...
Şəmkir səhiyyəsi nədən bərbad gündədir? - İTTİHAM
Dünyanın ən məşhur narkotik "turizm" istiqamətlərindən bəziləri
Həbs olunan başçı özü ilə daha kimləri aparacaq? - İDDİA
Dərslər rayonlarda ənənəvi formaya qayıtdı
Milli Məclis Sədrinin müavini Adil Əliyev bir qrup jurnalist və siyasi şərhçilərlə görüşüb
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
{sape_links}{sape_article}