Son dəqiqə
9-02-2021, 16:39
4 242

Erməni məmurların Qarabağa qanunsuz səfərləri: Nə etməliyik?

Erməni məmurların Qarabağa qanunsuz səfərləri: Nə etməliyik?


Rəsmi Bakının müxtəlif müstəvilərdə erməni məmurların Dağlıq Qarabağa səfərləri ilə bağlı sərt və qəti xəbərdarlıq etməsinə baxmayaraq hələ də bu cür səfərlər davam etdirilir. Bu dəfə Ermənistanın baş prokuroru Artur Davtyan Azərbaycanın separatçıların nəzarəti altında olan Qarabağ bölgəsinə qanunsuz səfərə gəlib. O, Xankəndində separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb.

Erməni tərəfinin bu addımı növbəti dəfə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzası ilə təsdiqlənmiş üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinə, eyni zamanda 44 gün davam edən və Ermənistan üçün biyabrçı məğlubiyyətlə nəticələnən müharibədən sonra bu ölkənin hansısa məmurunun Qarabağa səfəri rəsmi İrəvanın hüquqa zidd və riyakar siyasətinin davamı kimi qiymətləndirilir.

Bəs erməni məmurların bu səfərləri nədən xəbər verir?

Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu, erməni nazirlərin Qarabağa olan ilk səfəri deyil:

Erməni məmurların Qarabağa qanunsuz səfərləri: Nə etməliyik?


“Müharibədən sonrakı dövrdə yeni təyin olunan Ermənistan XİN başçısı da belə bir addım atmışdı. O zaman da Azərbaycan hökuməti, hərbi-siyasi rəhbərliyi, həmçinin XİN bu barədə öz sərt fikirlərini bildiriblər. Görünür, səslənən bəyanatlardan Ermənistan tərəfi doğru nəticə çıxarmaq niyyətində deyil. Onların bu səfərləri Azərbaycan tərəfi ilə mütləq razılaşdırılmalı olduğu Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb. Əgər Azərbaycanla razılaşdırılmayıbsa və sülhməramlılar da belə bir səfərin baş tutmasına şərait yaradıblarsa, o zaman mütləq bu addımın qarşısının alınması üçün adekvat addımlar atılmalıdır. Buna həmin ərazilərə giriş-çıxışın birbaşa bizim, yəni Azərbaycan əsgərinin tərəfindən həyata keçirilməsi də daxil ola bilər”.

Mövzunu şərh edən politoloq İlqar Vəlizadə vurğuladı ki, bu səfərləri aradan qaldırmaq lazımdır:

Erməni məmurların Qarabağa qanunsuz səfərləri: Nə etməliyik?


“Səfərlərlə bağlı ümumiyyətlə hansısa qərar qəbul olunmalıdır. Qərarda isə Azərbaycan, əlbəttə, əsas tərəfdir. Bu Rusiyaya bildirilməlidir. Çünki Rusiya sülhməramlıları regionda məskunlaşıb, fəaliyyətdədir. Ona görə də bu məsələ Rusiya tərəfi ilə ayrıca danışılmalıdır. Burada müzakirə olunası bir şey yoxdur. Sadəcə olaraq Azərbaycan öz mövqeyini bir daha Rusiya tərəfinə göstərməlidir. Sülhməramlılar müvəqqəti buradadır və bu funksiyanı yerinə yetirməlidir. Geci-tezi onlar getməlidirlər. Ondan sonra Laçın istiqamətində olan sərhəddə Azərbaycan sərhədçiləri tam fəaliyyət göstərməlidir. Ona görə də bu get-gəl məsələsi həll olunmalıdır. Azərbaycan tərəfi bu əraziyə nəzarəti öz üzərinə götürdükdən sonra bütün hallarda bu səfərlərin arasını kəsəcəyik. Ona görə də indidən həm regionu, həm erməni tərəfini indidən hazırlaşdırmaq lazımdır ki, bu səfərlərə son qoyulsun. Digər tərəfdən humanitar dəhliz fəaliyyətdədir. Fəaliyyətdə olması o demək deyil ki, humanitar dəhlizdən kim necə istəyir hərəkət etsin. Bu belə deyil. Yəni humanitar dəhlizdən yalnız Qarabağda yaşayan erməni sakinləri yaxud da onların yaxın qohumları istifadə edə bilərlər. Amma bu o demək deyil ki, erməni rəsmiləri Dağlıq Qarabağa istədiyi vaxt gələ, hansısa tədbirlər həyata keçirə, iştirak edə bilərlər”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə qeyd etdi ki, Ermənistan siyasətçiləri özlərini aldatmaqla məşğuldurlar:

Erməni məmurların Qarabağa qanunsuz səfərləri: Nə etməliyik?


“Onların hansı səfərlər, hansı bəyanatlar verməsindən asılı olmayaraq bundan əvvəl də Azərbaycan tərəfi Ermənistana dəfələrlə xəbərdarlıq edirdi. Və dediyini etdi. Bundan sonra da edəcəkdir. Qarabağ Azərbaycan torpağıdır. Xankəndi də həmçinin. Tezliklə orada Azərbaycan bayrağı dalğalanacaq. Sadəcə olaraq, bu siyasətçilər erməni xalqını öz şəxsi ambisiyalarına görə qurban verirlər. Qarabağdakı erməniləri, həm də erməni xalqını aldatmaqla məşğuldurlar. Ermənistandan kimin Dağlıq Qarabağa getməsindən asılı olmayaraq fakt ondan ibarətdir ki, bu ərazilər Azərbaycanındır. Və onların da bu gediş-gəlişləri uzun sürməyəcək. Tezliklə bütün bunlara son qoyulacaq. Digər tərəfdən gəlib-getmələr, konfrans, toplantılar bunların heç bir nəticəsi olmayacaq. Uğursuz erməni siyasətçilərinin 30 il ərzində apardıqları siyasətin hansı nəticələrə gətirdiyini çox yaxşı gördük”.(bakupost)

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}