Son dəqiqə
Təhsil / Manset
30-10-2020, 11:54
1 579
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
“Bağçalarda həm təhsil, həm də qayğı olmalıdır”.
Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, qayğının onlayn təmin edilməsi mümkün deyil: “Uşaq bağçalarında təhsilə fasilə davam edəcək, onlarda təhsilin bərpası mümkün görünmür”.
E. Əmrullayev əlavə edib ki, tətil davam etdiriləcək: “Bu məsələyə sonra baxılacaq, amma ən azı iki həftə belə davam edəcək.
XeberTv.info