Son dəqiqə
16-06-2023, 13:03
173

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır - SƏRƏNCAM

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Prezident İlham Əliyev “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı President.az xəbər yayıb.

Sərəncam Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilir.
Nazirlər Kabineti iki ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qeyd edək ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.

XəbərTv.info

Digər xəbərlər

Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Azərbaycanlı diaspor rəhbəri COVID-19-dan vəfat etdi
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb
“Neftçi” bilet satışından Qarabağ Dirçəliş Fonduna və “YAŞAT”a ianə edəcək
Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - FOTO
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salınır
Əfqanıstanda polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Millimiz Türkiyəyə qarşı
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
“Erkək İrana”nın qeyrəti və Sara Həsənovanın əməlləri… -
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Moskvada etirazçılarla polis arasında toqquşma baş verdi - Yaralananlar var
2 fevral Gənclər Günüdür!
Rusiya ordusu Ukraynanı raket atəşinə tutur
İngiltərə Futbol Federasiyasından şampan qadağası - Müsəlmanlara görə
Türkiyə MN: “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil”
General Rövşən Əkbərov: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur"
Bayker öz ölümünü videoya çəkdi – Video
UEFA millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoydu
Argentinada Maradonaya görə matəm elan olundu
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
Azərbaycanın Xankəndidəki doğum evini atəşə tutması yalandır
UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
Qondarma rejimin Paşinyana məktubu niyə gizlədilib?
2020-ci ilin qeyri-iş günləri açıqlandı (TƏQVİM)
Paşinyan: “Şuşa ermənilərə qalmalı idi?”
{sape_links}{sape_article}