Son dəqiqə
3-10-2020, 09:02
781

Türkiyə MN: “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil”

Türkiyə MN: “Minsk qrupunun Qarabağla bağlı çağırışları səmimi deyil”


“Dağlıq Qarabağda münaqişənin ədalətli həllini illərlə tapa bilməyən ölkələr tərəfindən atəşin dayandırılması ilə bağlı çağırışlar səmimi deyil və inamdan uzaqdır”​.

XeberTv.info “Anadolu” agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya və Fransa) prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsi zonasında atəşkəs barədə çağırışını şərh edərkən bildirib.

Türkiyənin Milli Müdafiə naziri xatırladıb ki, Azərbaycan ərazisinin 20 faizinin işğalı 30 ildir davam edir. Bir milyondan artıq qaçqın və məcburi köçkün hələ də öz doğma evlərinə qayıtmasını gözləyir.

Erməni işğalı dövründə Azərbaycanın 20 min sakini qətlə yetirilib, beş min nəfərin aqibəti məlum deyil. “Xocalı qətliamı yaddaşımızda öz yerini qorumaqdadır”, - deyə Akar bildirib.

“Azərbaycanın bütün səylərinə və beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həllini tapmayıb. Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirərək beynəlxalq hüquq normalarına məhəl qoymayıb. Eyni zamanda, bir sıra ölkələr “mənə toxunmayan ilan min il yaşasın” prinsipi ilə hərəkət edirlər və bununla da Yerevanın cinayətlərinə etinasızlıq göstərirlər. ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının azad edilməsi üçün heç bir addım atmayıb. Əksinə, vasitəçilər Azərbaycanı torpaqlarının işğalı fikrinə alışmağa məcbur etməyə, status-kvonu baş vermiş fakt etməyə çalışıblar. Bütün bunlar Yerevanın əl-qolunu açıb, yeni təxribatlar və gərginlik üçün şərait yaradıb”, - deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə doğma torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizədə qardaş Azərbaycanı sonadək dəstəkləyəcək.

Akarın sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları fonunda Yerevan yenidən dünya ictimaiyyətinə yalan məlumat vermək üçün köhnə taktikaya əl atıb. “Ermənistanda Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Türkiyə hərbi aviasiyasının iştirak etdiyini bildiriblər. Bu qara təbliğat Cənubi Qafqaz reallıqlarını təhrif etmək məqsədi daşıyır”, - deyə nazir bildirib.

Digər xəbərlər

Həbs olunmuş baş redaktor ona `TORBA TİKİLDİYİNİ` BƏYAN ETDİ - Görün, kimlərin adını ÇƏKDİ...
Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı
Araik Bakının casusudur? –
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb
ŞAD XƏBƏR! Rayonlararası gediş-gəliş AÇILIR
Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” -
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
“Azəriqaz” rəhbərindən yenilik - VİDEO
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
Donald Gerye “Qarabağ”dan ayrıldı
İranla sərhəd xətti minalardan təmizlənir
Ombudsman 82 min manata avtomobil aldı
Vilayət Eyvazov Samir Məcidovu vəzifəsindən azad etdi
Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis şöbədə arvadını öldürdü
Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları
DİN və DSX İmişlidə XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ -
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?
Xankəndi sakinlərinin 70 faizi şəhərdən qaçıb
Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"
Xocalı soyqırımından 28 il ötür
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
“Yelo” bank şəhid qardaşını intihara çatdırdı, damarlarını doğradı - FOTO - VİDEO
“Qurd Qapısı”nda VƏHŞİLİK...
{sape_links}{sape_article}