Son dəqiqə
26-02-2020, 09:24
1 171

Xocalı soyqırımından 28 il ötür

Xocalı soyqırımından 28 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.


Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət” kampaniyası keçirilir.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Digər xəbərlər

Zığda fəhlələrin üzərinə metal konstruksiya çökdü
Memarlıq və İnşaat Universitetində ŞÜBHƏLİ SEÇKİ MEYARLARI...
Avtomobillər buna görə yanır -
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
BAKI sakinlərinə vacib xəbər var! - İcra başçısı AÇIQLADI
TRT-də Azərbaycanın qələbəsinə həsr olunmuş konsert nümayiş etdiriləcək
Ərəb Basem Darviş Fəhmi oğlunun Azərbaycandakı cinayət əməlləri... -
Anna Başta Tokio olimpiadasına lisenziya qazandı
Məşhur aktyor intihar etdi - FOTO
XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"nin nəticələrini tanımır
Əli Əhmədovun dəbdəbəli bağ evi: Əli Həsənov bura tez-tez gəlirmiş - FOTO
Kirayədə qalan vətəndaşlara dövlət yardım edə bilərmi? (RƏYLƏR)
Qəbələdə insident baş verib - VIDEO
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəfat edib
Taekvondoçumuz Avropada medal qazandı
Bir sinifdən 6 şagird 600-dən çox bal topladı - Foto
Qarabağda qumarxana?.. -
Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-ın etirazlara səbəb olan QİYMƏT SİYASƏTİ
Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edir
“BakuBus”ın avtobuslarından kobud qayda pozuntusu - FOTO
“Qarabağ”ın ev matçı Türkiyədə keçiriləcək
“Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar” - FOTO
Düşmən canlı qüvvə və döyüş texnikası sarıdan ağır itkilər verir - VİDEO
Paytaxt üzrə koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - FOTO
Erməni şahmatçı: "Paşinyanın ləyaqəti olsaydı o, bu faciədən sonra intihar edərdi"
İlham Əliyevdən qalibiyyət paylaşımı: "Madagiz bizimdir"
Ölmüş alim hələ də AMEA-da “işləyir” - FOTOFAKT
Sahil Babayevin 90 min təqaüdçünü, 7 min əlili “vuran” QƏRARI: - “Bu cür ucdantutma qərarın verilməsi...”
Sahli Babayevin kadrından Səlim Müslümovla bağlı ŞOK TƏKLİF...
200 min işsizə aprel və may aylarında 190 manat birdəfəlik ödəmə veriləcək
{sape_links}{sape_article}