Son dəqiqə
10-05-2024, 09:48
142

Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək

Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir.

İllər keçsə də, vaxtilə tikinti təyinatı olmayan ərazilərdə tikilmiş bu evlərə çıxarış verilmir. Lakin son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir.

Bəs bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz ev var: "Hazırda ölkə ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Bakı və böyük şəhərlərdə hazırda bu tip evlərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, bu bir nəticə vermədi".

Ekspert yaxın vaxtlarda bu istiqamətdə portalın fəaliyyətə başlayacağını qeyd edib: "2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi nəzərdə tutulub. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə işlər aparılır və çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək".

Xebertv.info

Digər xəbərlər

Həbs olunmuş baş redaktor ona `TORBA TİKİLDİYİNİ` BƏYAN ETDİ - Görün, kimlərin adını ÇƏKDİ...
Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı
Araik Bakının casusudur? –
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb
ŞAD XƏBƏR! Rayonlararası gediş-gəliş AÇILIR
Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” -
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
“Azəriqaz” rəhbərindən yenilik - VİDEO
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
Donald Gerye “Qarabağ”dan ayrıldı
İranla sərhəd xətti minalardan təmizlənir
Ombudsman 82 min manata avtomobil aldı
Vilayət Eyvazov Samir Məcidovu vəzifəsindən azad etdi
Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis şöbədə arvadını öldürdü
Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları
DİN və DSX İmişlidə XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ -
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?
Xankəndi sakinlərinin 70 faizi şəhərdən qaçıb
Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"
Xocalı soyqırımından 28 il ötür
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
“Yelo” bank şəhid qardaşını intihara çatdırdı, damarlarını doğradı - FOTO - VİDEO
“Qurd Qapısı”nda VƏHŞİLİK...
{sape_links}{sape_article}