Son dəqiqə
Aktual
16-01-2021, 11:15
6 154
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
"Pandemiyanın ikinci dalğasının aşağı hissəsindəyik. Bu proses ümid edirik ki, bir neçə həftə davam edəcək və ondan sonra sabitləşəcək".
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, sonrakı mərhələdə yenə də yoluxmaların sayının artması mümkün ola bilər: “Bunun qarşısını almaq üçün vaksinasiyadan istifadə ilə mümkün ola bilər. Brifinqin ikinci hissəsində vaksinasiya barədə danışılacaq. Yoluxma əmsalının 31 %-dən 5%-ə enməsi bizə imkan verdi ki, karantin rejimində yumşalmaya gedək".
XeberTv.info