Son dəqiqə
4-09-2021, 16:58
2459

Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib


Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, videoqəbulda spiker Sahibə Qafarova secicilərin müxtəlif məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qəbulda iştirak edən bəzi seçicilər isə əvvəlki qəbullarda və müraciətlərdə qaldırılan bir sıra məsələlərin həllinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər artıq müsbət həllini tapıb.

Videoqəbulda Sahibə Qafarova ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sosial-müdafiəsinin və həyat şəraitlərinin yaxşılaşdırılması, regionlarda infrastruktur təminatının daha da gücləndirilməsi yaxşılaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən siyasətin mərkəzində insan amili, ölkə vətəndaşlarının mənafeyi dayanır. O xüsusi olaraq qeyd edib ki, hətta pandemiya şəraitində belə sosial layihələrin icrası davam etdirilir. Sahibə Qafarova vurğulayıb ki, dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.
Milli Məclisin sədri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.

Videoqəbulda spiker seçicilərə ötən il Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə və ərazi bütövlüyümüzün bərpa olunması, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, şəhid ailələrinə və əlillərə yüksək dövlət qayğısı, həmçinin Milli Məclisin fəaliyyəti və digər məsələlər barədə də məlumat verib.
Qeyd edək ki, videoqəbulda Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Digər xəbərlər

Rusiyadan gələn 33 nəfər azərbaycanlıda COVİD-19 aşkar edildi
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
Prezident: "Artıq bizə qaytarılmalı olan 5 rayondan 2-nin böyük hissəsi bizdədir"
Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Kamerunda qəza 53 nəfərin ölümü ilə nəticələndi
Hikmət Hacıyev: “Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”
Mask və Zukerberq döyüşlə bağlı razılığa gələ bilmirlər
Bakıda qonşu qonşunu bıçaqladı
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Zəngilana gətirilən suriyalıların siyahısı - FOTOLAR
PSJ “Barselona”nı darmadağın etdi
Deputatla başçı əl-ələ verib... - GİLEY
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Ağdamda 1 mülki şəxs həlak oldu
Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
Ali Baş Komandan: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?”
Bakıda market yandı - FOTO
MN və DTX-dən ermənilərin terror hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA: Həlak olanlar var
Prezidentin Köməkçisi: “Ermənistan tərəfinə necə etibar edə bilərik?”
Türkiyədə ənənəvi təhsil bərpa olunur
Teymur Rəcəbov finalda: Rəqibi ermənidir
Kabla Musadan Naxçıvana çeşmə qalıb, Vasif Talıbovdan nə qalacaq?
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb
Azərbaycan əhalisinin sayı açıqlandı
İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad Əhmədovdan şikayət
Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər
“Mançester Siti”, PSJ, “Real” və “İnter” pley-off-a yüksəldi
FHN əhaliyə güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
{sape_links}{sape_article}