Son dəqiqə
Dünya
27-06-2022, 12:44
327
Rusiya ordusu Ukraynanı raket atəşinə tutur
Rusiya ordusu Ukraynada 3 təlim mərkəzini bombalayıb.
Xəbərtv.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hücumların təşkil edildiyi təlim mərkəzləri Jitomir, Lvov və Çerniqov şəhərlərində yerləşir. Bildirilib ki, hücum nəticəsində Ukrayna ordusunun 65 və 66-cı motoatıcı piyada birlikləri döyüşmək bacarıqlarını itirib. Ukrayna mediası Rusiya ordusunun Harkov bölgəsinə raket hücumlarının davam etdiyini açıqlayıb.