Son dəqiqə
Dünya / Manset
21-04-2022, 09:47
221
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan minaatan partiyası göndərib.
XəbərTv.info “BNS” agentliyinə istinadən bildirir ki, bu barədə məlumatı Litvanın müdafiə naziri Arvidas Anuşauskas açıqlayıb.
“Biz Ukraynaya hərbi yardım göndərmişik, ağır minaatanlar təhvil vermişik, onların sayını açıqlamayacağıq”, - deyə nazir söyləyib.
Onun sözlərinə görə, Litva mütəmadi olaraq Ukraynaya silah və sursat göndərir.