Son dəqiqə
Kriminal
1-05-2024, 10:14
101
Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - YENİLƏNİB
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən sorğuya cavab olaraq bildirilib.
"Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin 6 ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",-deyə məlumatda qeyd olunur.
***09:13
Bakıda iki yük maşını alışaraq yanıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Yanğın hadisəsinin "İpək Yolu" Gömrük Terminalı ərazisində baş verdiyi bildirilir.
Xarici vətəndaşlara məxsus iki TIR yanmağa başlayıb.
Xebertv.info