Son dəqiqə
26-11-2020, 09:07
4 840

İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY

İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY


43 yaşlı Yasamal rayon sakini koronavirusa yoluxub. Qızı Aydan Hüseynova deyir ki, hərarəti yüksək olsa da, atasını xəstəxanaya yerləşdirə bilməyiblər. Onun sözlərinə görə, noyabrın 22-də atasının hərarəti 39-dək yüksəlib. Ərazi üzrə poliklinikaya müraciət ediblər, yaxma götürülüb və atasının COVID-19 infeksiyasına yoluxması faktı təsdiqlənib: “Təcili tibbi yardım çağırdıq. Həkim yanımızda TƏBİB-in dispetçeri ilə əlaqə saxladı, xəstəxanalarda yer tapılmadı. İndi xəstəxanada yer tapmaq üçün yuxarıdan tapşırıq lazım imiş. Dedilər ki, boğulması yoxdur, evdə müalicə ala bilər. TƏBİB-in qaynar xətt xidmətinə zəng vurmaq olmur, daim məşğul göstərir”.

A.Hüseynova söyləyib ki, atası satıcı işləyib. Son bir neçə ayda işsiz qalıb: “Evdə yalnız mən işləyirəm, 450 manat maaş alıram. Sahə həkimi yalnız vitaminlər gətirib. Amma əlavə nə qədər dərmanlar təyin edib. Məsələn, “Seftriakson”, “Azithromycin” antibiotikləri 1 həftə ərzində 6 saatdan bir içilməlidir. Bundan əlavə, qandurulducu həb, iki fərqli sistem yazılıb, hər sistemin içərisinə müxtəlif dərmanlar qatılır. “Arbidol” 200-lük həb təyin olunub, həkim yalnız qırmızı rəngli qutularda olanı almağı tövsiyə edib. Dərmanların ümumi qiyməti 250 manatı ötüb. İndi də tibb bacısı tapa bilmirəm ki, münasib qiymətə iynələri vursun. Xəstəxana da götürmür ki, müalicəsini orada davam etdirsin”.

Başqa bir şikayətçi isə müalicəsinin 750 manata yaxın vəsait tutduğunu iddia edib. Deyir ki, iynəni vurdurmaq, sistemi köçürmək üçün tibb bacısı tapa bilmir: “Poliklinikadan həkim, tibb bacısı gəlmir, onlara icazə verilmirlər. Koronaviruslu xəstə olduğunu eşidən tibb bacıları da yaxın durmurlar. Bir tibb bacısı ilə danışdım, bir sistemi 25 manata köçürür. Evdə müalicədən danışanlar bunu da nəzərə alsınlar. Kimin pulu, adamı var, xəstəxanada yer tapır. Evdə müalicə üçün pulu, xəstəxanaya yerləşdirmək üçün TƏBİB-ə sözükeçən adamı olmayan necə neyləməlidir?”(dia.az)

XeberTv.info

Digər xəbərlər

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Evlər ucuzlaşmağa başlayıb
Azərbaycanda Ermənistan siqareti satılır? - Gömrük Komitəsindən AÇIQLAMA
Sərvəti 200 mlrd dolları ötən ilk milyarder oldu
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH
İlham Əliyev bir sıra açılışlarda iştirak edib - VİDEO
Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Tovuzda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
DİN: Açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
ANAMA-nın əməkdaşı minaya düşdü
Ukraynada müharibə bu il bitə bilər? - RƏY
28 il öncə əsir düşmüş hərbçimiz tapılıb? - AÇIQLAMA
Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”
Putin Əliyev və Paşinyana zəng edib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Bakıda havada tozun miqdarı normadan artıqdır
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Məşhur generalın qudası həbs edildi
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək
{sape_links}{sape_article}