Son dəqiqə
28-04-2020, 11:30
929

Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir

Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir


Əvvəlki illərin statistikasına əsasən demək olar ki, bu il ölkədə rus bölməsi üzrə 1-ci sinfə qəbul üçün təxminən 8000-ə qədər uşağın qeydiyyatının aparılması nəzərdə tutulur. Biz bu uşaqların müsahibəsinin onlayn platforma üzərindən keçirilmə imkanlarını müzakirə edəcəyik.


XeberTv.info Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini bildirib ki, daxili müzakirələr nətiəsində gəlinən qənaətə əsasən, karantin rejiminin tələbləri gözlənilməlidir:

"Lakin eyni zamanda "Təhsil haqqında" və "Ümumtəhsil haqqında" qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir".

Hazırda bunun Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri olduğunu deyən M.Vəliyeva əlavə edib ki, ilkin mərhələdə ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların müsahibələrini keçiriblər:

"Təəssüflər olsun ki, yaranmış vəziyyət nəticəsində ölkə üzrə təxminən 300-ə yaxın uşaq müsahibə mərhələsindən keçməyib. Buna görə də, ilkin mərhələdə məktəbəhazırlıq qruplarında təhsil alan 300-ə qədər uşağın müsahibəsini təşkil edəcəyik".

Nazir müavini bildirib ki, bu müsahibə "Microsoft teams" platforması üzərindən həyata keçiriləcək. Uşaqların onlayn müsahibədən keçirilməsi zamanı həm texniki imkanlar, həm də uşaqların yaş xüsusiyyətləri və digər amillər nəzərə alınacaq:

"İlkin mərhələdə məktəbəhazırlıq qruplarında təlim keçən uşaqların müsahibəsinin keçirilməsi bu sahədə mövcud imkanlarımızı bir daha qiymətləndirməyə və müəyyən təcrübə əldə etməyə də imkan verəcək. Təbii ki, ölkədə karantin rejiminin yumşaldılması ilə əlaqədar biz də hökumətin verəcəyi qərarlar əsasında müsahibələrin canlı formatda keçirilməsi məsələsini müzakirə edirik".

Xatırladaq ki, digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir. Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər.

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}