Son dəqiqə
Dünya
3-01-2021, 12:34
5 208
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha üç nəfər isə yaralanıb.
Bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.
Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
XeberTv.info