Son dəqiqə
22-12-2020, 19:07
6 966

Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA

Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA


“Bizim prosedur qaydalarına əsaslanaraq deyə bilərəm ki, koronavirusdan vəfat edən şəxslərin cəsədlərinin dəyişik düşməsi bizim səhvimiz olmayıb”.

XeberTv.info bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bəzilərindən fərqli olaraq heç kimi ittiham etmək istəmir:

“Bəli, Gəncədə meyitin dəyişik düşdüyü hadisə olub. Lakin mən kimisə ittiham etmək niyyətində deyiləm. Sadəcə olaraq sizə proseduru izah edəcəm, özünüz qərar verin.

Əvvəl onu deyim ki, xəstəxanada dünyasını dəyişən xəstələri morqa göndərməzdən əvvəl meyitə aid xəstəlik tarixçəsi onun üzərinə qoyulur. Bir anda morqa bir neçə meyit göndərilən zaman onların sənədlərinin dəyişik düşmə ehtimalı da nəzərə alınırdı. Demirəm belə olub, amma xəstəxanalarda bu səhvə yol verilə bilər. Bir neçə meyit göndərilən zaman sənədlərin dəyişik düşmə ehtimalı mümkün ola bilər.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız üzərində ona aid sənədlər olan meyit qəbul edilir. Meyit açılır, yuyulur, dezinfeksiya edilir, yenidən yuyulur, dini qaydalara riayət olunaraq kəfənlənir və ailə yaxınlarına dəfn olunması üçün təhvil verilir.

Amma biz artıq bir neçə müddətdir ki, xəstəxanalardan gətirilən meyitlərin sənədlərinin dəyişik düşmə ehtimallarını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmüşük. Koronavirus infeksiyasına yoluxma halı nəzərə alınaraq, içəri heç kim buraxılmır. Meyit morqun giriş qapısına və ya pəncərəyə yaxın bir-iki metr məsafəyə gətirilir, çöl tərəfdən, morqun pəncərəsindən xəstə yaxını meyitə baxır, təsdiq edir ki, bu, onun yaxınıdı, daha sonra əməkdaşlar meyiti qəbul edir, prosedur qaydalarına uyğun şəkildə yuyub, dezinfeksiya edib, kəfənləyib, yaxınlarına təhvil verir.

Belə olan halda sizcə hər hansı qarışıqlıq ola bilərmi? Bu prosedurda hər hansı yanlışlıq olması sıfırdır. Bu prosedur Bakıda çoxdan tətbiq edilir, bir neçə müddətdir Gəncədə də tətbiq edilir. Əgər insan özü öz yaxınını tanıyırsa, təsdiq edirsə, burada hansı yanlışlıqdan danışmaq olar?”

Xatırladaq ki, Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatlar yayılmışdı. TƏBİB-dən məsələyə verilən açıqlamada isə xəstənin xəstəxanada ölməsi hallarında cəsədin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verildiyi, sözügedən quruma nəzarətin isə TƏBİB-də olmadığı qeyd olunub.

Digər xəbərlər

Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib
Artilleriya rusların "Qrad" anbarını havaya uçurdu -
Bu gün ilaxır çərşənbədir
Məşhur azərbaycanlı müğənni 4-cü dəfə ana oldu
Ölkəmizdə ən çox cinayət törədənlər işsizlərdir - Statistika
G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Qiymət artımlarına dair əsaslandırmalara xalq niyə inanmır?
Ermənistanın sərhəd qoşunlarının komandanı işdən çıxarıldı
Kəlbəcərin Otaqlı kəndindən görüntülər - VİDEO
Rusiyada partlayış səsləri eşidildi -
Oğlan sevdiyi qızı marketdə bıçaqlayıb - Şəmkirdə DƏHŞƏT
Vilayət Eyvazov bu rayona yeni polis rəisi TƏYİN ETDİ
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Buraxılan MM üzvlərindən kimlər seçkiyə getmir?
Bazarlara çıxarılan iri, parlaq və bərk çiyələklər təhlükəlidir? (RƏSMİ CAVAB)
Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Bakıda 4 yaşlı qız itib
Bakıda mənzilində qumarxana açan şəxs saxlanılıb
Vətəndaşdan icra başçısına ağır ittiham - Video
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib -
Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi
Neymar koronavirusa yoluxdu
“Nəsimiyə yubiley keçirənlər ondan Allahı və insanı sevməyi öyrənmədi...”
“Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”
Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb
Koronavirus haqqında ən vacib 12 fakt
“Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” - Nazir
Yoluxanların sayında kəskin azalma
Məhşur aktrisa vəfat etdi..
{sape_links}{sape_article}