Son dəqiqə
Ölkə
20-09-2020, 16:26
581
Bakıda havada tozun miqdarı normadan artıqdır
Milli Hidrometeorologiya Xidməti mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Bu barədə Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev məlumat verib:
“Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”, - deyə o vurğulayıb.
XeberTv.info