Son dəqiqə
17-05-2021, 20:14
2764

Milli Məclis Sədrinin müavini Adil Əliyev bir qrup jurnalist və siyasi şərhçilərlə görüşüb



Mayın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş bir qrup jurnalist və siyasi şərhçilərlə görüşüb.

Görüş zamanı Adil Əliyev Şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun uzun illərdir işğal altında qalan torpaqlarımızı düşmən işğalından azad etməsi hamımızın qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksəkixtisaslı hərbi qulluqçuların hazırlanması, habelə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, idmanda kütləviliyin təmin edilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu siyasətin sayəsində döyüş meydanında misilsiz qələbəmiz təmin olundu. Düşmənin döyüş meydanında məğlub edilərək geri çəkilməsi ilə yanaşı, diplomatik sahədə də uğurlarımız bizi qələbəyə qovuşdurdu.

Vitse-spiker diqqətə çatdırıb ki, Ermənistan tərəfinin məğlubiyyətə uğrayaraq imzaladığı kapitulyasiya bir neçə rayonumuzun bir güllə belə atılmadan azad olunması ilə nəticələndi və ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını özü təmin etdi.

Milli Məclis Sədrinin müavini müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi məsələsinə də toxunaraq, qısa müddət ərzində şəhər və rayonlarımızın bərpa olması üçün görülən işlərdən danışıb. Qeyd edib ki, mədəniyyət paytaxtımız olan Şuşa şəhərində keçirilən Xarıbülbül musiqi festivalı şəhərin tarixi kimliyini özünə qaytardı.

Azərbaycan cəmiyyətinin multikultural dəyərlərindən danışan vitse-spiker, ölkəmizdə heç bir zaman dini, etnik ayrı-seçkiliyin olmadığını qeyd edib. Bildirib ki, Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi. Adil Əliyev ölkəmizdə yaşayan bütün icmaların müharibədə təmsil olunmasını, habelə ordumuzda bir nəfər də olsa, fərarinin olmamasını iftixarla qeyd edib.

Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar, bundan sonra da həm yerli, həm də xarici media orqanlarında haqq səsimizin dünyaya çatdırılmasını, habelə şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı göstərilməsini hər zaman diqqətdə saxlayacaqlarını qeyd ediblər.

Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.

XəbərTv.info

Digər xəbərlər

Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Azərbaycan-Türkiyə sərhədinin bağlanması xəbərinə SƏFİRLİKDƏN REAKSİYA
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
SHXÇDX-nin sabiq idarə rəisinin rüşvət alması ilə bağlı AÇIQLAMA
Karantin qaydalarını pozan Milli Məclisin sabiq əməkdaşı həbsdədir
Avtobus parkında bedbext hadisə yaralılar var!!!
Karantin rejiminə nəzarətin gücləndirilməsi qərara alındı
Heydər Əliyev Fondu deputatın müalicə xərclərini öz üzərinə götürdü
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi açıqladı
İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş -
Bakıda 32 yaşlı qadın özünü binadan atdı - VİDEO
13 türkiyəlini öldürən terrorçunun şəxsiyyəti açıqlandı - FOTOLAR
Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
Daha 3 rayon qazlaşdırılacaq
Mehriban Əliyeva Binədə yeni tikilən məktəbdə - Fotolar
“Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...”
Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar
Bu gündən etibarən bu qadağalar ləğv edilir
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi
Suriyadan və Livandan Qarabağa gətirilən ermənilər yenidən Xankəndiyə qaytarılır?
Həbsdəki icra başçısının cinayət işində yeni detallar
NİYAMƏDDİN MUSAYEV HAQQINDA YALNIŞ XƏBƏR YAYILDI.
Qanı pulla satmaq olar?
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək
BNA VÜSALI: Ona da vaxt çatıb...
{sape_links}{sape_article}