Son dəqiqə
19-03-2021, 11:12
3 999

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması: Məqsəd nədir? (ŞƏRH)

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması: Məqsəd nədir? (ŞƏRH)


"Yeni dəyişikliklərə görə, icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2022-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişiklikdən danışarkən deyib. Onun fikrincə, məqsəd sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasıdır:

"Müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər. Əlavə olaraq "çinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir”.

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması: Məqsəd nədir? (ŞƏRH)


Deputat qeyd edib ki, qanunda digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir:

"Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək. Dövlət başçısının imzaladığı digər fərmanla Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 ay müddətində hazırlayıb Prezidentə təqdim etməyi tapşırıb. Bu isə o deməkdir ki, yoxlamaların dayandırıldığı müddətdə Nazirlər Kabineti yeni qaydalar hazırlayacaq”.

XəbərTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}