Son dəqiqə
5-05-2024, 12:19
80

Bu gün 12 minə yaxın şəxs imtahan verəcək

Bu gün 12 minə yaxın şəxs imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.

DİM-dən bildirilib ki, mayın 5-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilir.

İmtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil olunur.

Xebertv.info

Digər xəbərlər

İlham Əliyev DTX-nin rəis müavinini yüksək vəzifəyə TƏYİN etdi
Tərtərin Təhsil Şöbəsinin müdirinə töhmət verilib
Dağlıq Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
"Mənə çox maraqlıdır hansı sehrli şəxs bu məmurun arxasında dayanır?" - ETİRAZ
Əmisinin sümüklərindən gitara düzəltdi
Vüqar Qurbanova arxalanıb Zaqatala Mərkəzi Xəstəxanasında nə kimi işlər çevirirlər
Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Övladını məktəbə çiynində aparan atanın problemini Müdafiə Nazirliyi həll etdi
Eks-məktəb direktoruna cinayət işi açıldı
Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi
Lavrov: “Bakı ilə İrəvanı razı salmaq üçün...”
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
Laçının icra başçısı çətin durumda - Gizli səs yazısı yayıldı...
Hamı müəllimin əlil şagirdinə etdiyi bu hərəkətdən danışır - Video
Sabah hava yağışlı olacaq
Prezident deyir ki, su itkiləri 40-50 faizə çatır…- Su itmir, milyonlarla vəsait Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına xərclənir…
Prezident Binəli Yıldırımı qəbul etdi - Fotolar
Aqil Abbas fala baxır?
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Müdafiə Nazirliyinin adına saxta twitter hesabı açılıb
Kəlbəcərin “mantyor” icra başçıları- Bəs sən nəyin uğrunda vuruşmusan, Azər Qocayev ?
Rövşən Əkbərov məhkəmə qarşısında... BƏS NƏCMƏDDİN SADIQOV?
Anar Eyvazov: Məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə görür
Koronavirusa inanmayan və lağa qoyan prezident yoxa çıxıb
Prezident: “Xarici əsgərlər Azərbaycanda müvəqqətidir”
Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır
DİN-dən rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama
Şuşada bayram namazı qılınıb - VİDEO
Bu ölkədə ölüm hökmü ləğv edildi
{sape_links}{sape_article}